Bia.Az

“Ermənilərə muxtariyyət versək, 90-cı illərdəki hadisələr yaşana bilər”–Hərbi ekspertdən xəbərdarlıq

Cəmiyyət
 1-06-2023, 16:32     268

“Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyənlər ölkəmizi tərk etməlidirlər. Kimə harada yaşamaq rahatdırsa, yaşaya bilər. Bu seçim ermənilərə də aiddir. İstəyən qalsın, istəməyən köçsün”.

Musavat.com xəbər verir ki, bunu “TV Musavat”ın efirində qonaq olan hərbi analitik Azad İsazadə deyib. Ekspert ermənipərəst qüvvələrin muxtariyyət istəyi ilə bağlı suala cavab verərkən bildirib ki, buna ilk növbədə Azərbaycan razılıq verməyəcək: “Azərbaycan federal deyil, unitar dövlətdir. Prinsip etibarilə bizdə muxtariyyət olmamalıdır. Bu, SSRİ dövründən qalmışdı.

Bəlkə də müəyyən mənada mədəni muxtariyyət mümkündür, lakin nəzərə alaq ki, biz bunu bir dəfə etmişik. Ermənilərə muxtariyyət versək, 90-cı illərdəki hadisələr yenidən yaşana bilər. Azərbaycanda bir çox xalq yaşayır. Prinsip bəlli olmalıdır. Federativ dövlət quruluşu Azərbaycan reallığına uyğun deyil. Bəlkə də ermənilərə Bakıda yaşamaq çətin olar, amma Qarabağda kəndlərdə yaşaya bilərlər. Onları sıxışdıran, incidən olmayacaq.”скачать dle 12.1