Lacın sakini DİN-ə MÜRACİƏT ETDİ: "Məni təhqir və təhdid edən Fami Şükürov barədə ciddi ölcü götürülsün" - VİDEO
Xəbər vermişdik ki, bu il fevralın 28-də Suraxanı rayonu ərazisində Laçının Ağcakənd kənd sakini Zamanov İntiqam Binnət oğlunun asılmış vəziyyətdə meyiti aşkar olunmuşdur. Hazırda həmin istintaq işini Suraxanı rayon prokurorluğu aparır.
Redaksiyamıza müraciət edən qohumları bildirirlər ki, mərhum Zamanov İntiqam Binnət oğlu onun övladları Elgün və Aydın, həmçinin həyat yoldaşı Məlahət və baldızı Biriliyant tərəfindən təzyiqlərə məruz qalaraq evdən qovulub, evi əlindən alınaraq satılıb, həmçinin nəvəsi ilə şərlənərək küçəyə atılmışdır. Bununla bağlı, Zamanov İntiqam Binnət oğlu 14.11.2022-ci il tarixində SPACE televiziyasında aparıcı Amil Xəlilin verlişində olmuş, verlişdən çıxandan sonra bacısı İsmayılova Diləfuruza zəng edərək haqsızlığa dözə bilmədiyini bildirərək telefonu söndürmüşdür.
28.02.2023-cü il tarixdə Zamanov İntiqam Binnət oğlu intihar etmiş və cibindən tapılan məktubda övladları Elgün və Aydın, həmçinin həyat yoldaşı Məlahət və baldızı Biriliyanta görə intihar etdiyini yazmışdır.
BİA.az-a müraciət edən daha bir şikayətci Lacın rayonu, Ağcakənd kənd sakini Ağamalıyev Tohit Əliş oğlu bildirir ki, mərhum İntiqam Zamanovun intihar etməsindən iki aydan cox vaxt kecməsinə baxmayaraq mərhumun ölüm işinin açılmasına müxtəlif maniələr və müdaxilələr göstərilir, ölüm işinin isti izlərlə acılması müxtəlif vasitələrlə ört-basdır edilir:"Rəhmətlik intiqamın qudası, hazırda Xızı rayonu, Yeni Yaşma qəsəbəsində yaşayan "Bıg Famil" kimi tanınan Famil Şükürov Elgünü müdafiə etdiyindən onun əleyhinə olanları telefonla zəng edib təhqir edir, ölümlə hədələyir. Bu adam telefonla məni də nəlayiq söyüşlərlə təhqir etdi. Mən Spacetv-də yayımlanan jurnalist Amil Xəlilin "Gəl dərdini danış" verlişində olmuşam. Ö üzdən başqa qohumlar kimi məni də təhdid etdi. Təbii ki, mən hüququ yolu secdim və onun bu əməli barədə DİN-ə müraciət etdim. Mən "Bıg Famil" deyilən bu adamı uşaqlıgdan tanıyıram. O hələ 80 - 90-cı llərdə ermənilərin yaşadıgı qonşu Hadrud rayonunda donuz fermasında cobanlıq edərdi, Ermənilər onu Famil əvəzinə "Pamil" cagırardılar. Məlum hadisədən sonra kəndə dönən Famili hamı "Coşka Pamil" kimi cagırırdı. İndi dönub olub "Bıg Famil".
Fürsətdən istifadə edib Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarına bir daha müracət edirəm ki, mənim şəxsiyətimi təhqir etdiyinə və hədə-qorxu gəldiyinə görə Fami Şükürov barədə ciddi ölcü götürülməsinə göstəriş verilsin."
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.