Bia.Az

Sabahın hava proqnozu açıqlandı

Cəmiyyət
 21-05-2023, 13:45     255

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti olacaq. Atmosfer 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 12-17° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.скачать dle 12.1