“Türkiyəni eyni vaxtda üzvlüyə qəbul edə bilməyəcək” – Aİ
Avropa İttifaqı (Aİ) Ukrayna və Türkiyəni eyni vaxtda üzvlüyə qəbul edə bilməyəcək.
Jamaz.info xəbər verir ki, bu barədə “Politico” jurnalı yazıb.
Nəşr yüksək vəzifəli avropalı məmura istinadən yazır ki, bu, iqtisadi çətinliklərlə bağlıdır.
Nəşrin həmsöhbətinin fikrincə, nə vaxtsa Aİ Ukrayna və Qərbi Balkanların sonuncu ekspansiya olduğunu etiraf etməli olacaq. “Aİ-nin həm Türkiyəni, həm də Ukraynanı qəbul edə bilməsi ağlasığmazdır. Bazar bunu qəbul etməyəcək”.
Qeyd olunur ki, Brüssel Türkiyənin heç vaxt birliyə qoşulmayacağını açıq şəkildə bəyan etməyə məcbur ola bilər. Bu səbəbdən, Türkiyədəki prezident seçkilərində Aİ ilə daha geniş inteqrasiyaya hazırlaşan müxalifət deyil, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan qalib gəlsə, Avropada çoxları “rahat nəfəs” alacaq.