FALÇI GÜLYA CƏMİYYƏTİ ALDATMAQLA MƏŞĞUL OLUR? – İDDİA+FAKT
Bu dəfə söhbət açacağımız insan Gülya adında bir qadından olacaq. Nə uzaq, nə yaxın, Gülya ölkəmizin paytaxtında, lap deyərdim ki, şəhərimizin göbəyində məskən salıb. Çünki, Bakı şəhərində insanların sıx olduğu yerdir. Ovçu öz məqsədinə çatmaq üçün düz şikarının yanında məskən salır. Gülya adından bu qadın şəhərimizin Nəsimi rayonunda 20-ci Polis Bölməsinin lap yaxınlığında fala baxmaqla məşğul olur. Belə çıxır ki, bu qadın ya qurd ürəyi yeyib, ya da ki, bunu yüksək rütbəli məmur himəyadarlıq edir. Baxmayaraq ki, hüquq-mühafizə orqanları bu cür adamları məsuliyyətə cəlb edir, amma, amması budur ki, Gülya heç kimdən qorxmur. Nəinki polislərimizdən, hətta qanunlarımıza belə məhəl qoymur.
Mənbənin verdiyi məlumata əsasən Gülya əvvəlcə 10-20 manat arasında qəbul edir, sonradan “pasienti”ni qorxudaraq, yəni ki, sənə cadü-falan ediblər, məbləği 1000-1500 manata qədər qaldırır. Yəni “bəxt açılması”, “cadunun batil olunması” kimi əməllər daha başa gəlir. Məsələn, müşkülə düşmüş insanların baxtlarının açılması onlara daha baha başa gələ bilər. Mövzuya dair dərc etdiyimiz materiallarda biz dəfələrlə qeyd etmişdik ki, bu gün cəmiyyətimizdə bəzi insanlar müəyyən müşküllərinin həlli xüsusunda öz ümidlərini fırıldaqçı ekstrasenslərin, şarlatan falçıların “köməyinə” bağlamaqla bir tərəfdən olan-qalan ruzilərinin də kəsilməsinə yol açırlar, digər tərəfdən də dost-tanışın, qohum-əqrəbanın gülüş hədəfinə çevrilirlər. Falçı Gülyanın bu dələduzluğunu Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları niyə göz yumur? Dələduzluqla məşğul olub camaatın pulunu mənimsəmək özü bir cinayət işidir.
Görəsən Gülya adlı bu qadın haqqında niyə hüquq-mühafizə orqanları tədbir görmür?
Məlum olduğu kimi bu şəxslər də digər “həmkarları” kimi öz qulluq mövqeylərindən və vətəndaşların etibarından sui-istifadə edərək falçılıq və baxıcılıq ilə məşğul olurlar. Bəzi yerlərdə bu cür falçılıq altında dələduzluqla məşğul olan şəxsləri hüquq-mühafizə orqanları cinayətə cəlb edərək barələrində müvafiq tədbirlər görülür. Lakin göründüyü kimi bu şəxslərin aqibəti onların yolunu gedən digər fırıldaqçılar üçün, yəni Xatimə adlı bu qadın üçün hələ də yetərli ibrət olmayıb.
Gülya adlı bu qadın haqqında daha şok video faktlarla sizi tanış edəcəyik…
Bizi izləyin.
Əks tərəfin mövqeyini dərc etməyə hazırıq.