Bia.Az

İcra başçısından sahibkaralara təhdid: “50 min verib hamınızı həbs etdirərəm”

Cəmiyyət
 15-05-2023, 14:46     167

Uzun müddətdir davam edən Sumqayıt İcra Hakimiyyəti ilə bir qrup sahibkar arasında borc davası, bu gün qalmaqalla yekunlaşıb. JAMAZ.İNFO xəbər verir ki, Sumqayıt Dənizkənarı Bulvarın, habelə şəhərdə bir çox tikinti işlərini həyata keçirən iş adamları 2016-cı ildən indiyə qədər 10 milyon manatdan çox pullarını ala bilmirlər.

Onlar dəfələrlə rəsmi qurumların qəbulunda olsalar da, Sumqayıtın icra başçısı Zakir Fərəcov həmin görülən işlərin müqabilində ödənməli olan pul verməkdən imtina edir. Bu gün isə sahibkarlarla icra başçısı arasında keçirilən görüşdə qalmaqal yaşanıb.

Görüşdə iştirak edən sahibkarların verdikləri məlumata görə, icra başçısı Zakir Fərəcov onları açıq şəkildə təhdid edib. “Bizə bildirdi ki, ondan pul istəməyək. Üstəlik, hədələyərək bildirdi ki, “50 min manat verib, hamınızı həsb etdirərəm”. Biz ondan borclarımızı istəyirik. O isə bizi həbslə hədələyir”.

İş adamları həmçinin onu da bildiriblər ki, Zakir Fərəcov külli miqdarda borc düşdüyünü, bütün əmlaklarını girov qoyaraq, kredit götürdüyünü, hazırda da kredit ödədiyini deyib. “Bizə deyir ki, kredit ödəyirəm. Guya, dövlətin tapşırıqlarını yerinə yetirmək üçün banklardan pul götürüb. Məgər dövlətin pulu yoxdur ki, Zakirin puluna möhtac qalıb? Bu adam özünü heç, dövləti də gözdən salmaqla məşğuldur”.

Qeyd edək ki, bir müddət əvvəl Zakir Fərəcov sahibkarları başından etmək üçün bəhanə tapmışdı. Həmin vaxt icra başçısı “Qarabağda tikinti üçün pul yığdığını” deyərək, iş adamlarını yola verirdi. İndi isə 50 minə adam tutudrmaq məsələsini ortaya atmaqla, sahibkarlara olan borclarını ödəmək istəmir.

Qarşı tərəfi də dinləməyə hazırıq. скачать dle 12.1