Bia.Az

Məşhur müğənni seçki məntəqəsində çoşqu ilə qarşılandı - FOTOLAR

Cəmiyyət
 14-05-2023, 15:08     168

Türkiyənin məşhur müğənnisi Sezen Aksu İstanbulun Beykoz rayonunda səs verib. 

Musavat.com xəbər verir ki, Sezen Aksu saat 08:30-da Sedat Simavi adına orta məktəbə gəlib. Növbədə dayananlar müğənni ilə şəkil çəkdirib, avtoqraf alıb və gül dəstəsi verərək müğənninin "Analar Günü"nü təbrik ediblər. 

Səsini verdikdən sonra Sezen Aksu bunları deyib: "Vətənə millətə xeyirli olsun, həmişə belə deyirlər, mən də belə deyim və belə də olsun".
 
 






скачать dle 12.1