Bia.Az

Yüksək VƏZİFƏ verilən Mehriban Ələkbərzadə DANIŞDI: “Belə də olmalı idi...”

Cəmiyyət
 13-05-2023, 18:17     269

Xəbər verdiyimiz kimi, əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib.

Bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Musavat.com olaraq Mehriban Ələkbərzadənin yeni təyinatla bağlı təəssüratlarını öyrəndik.

Əməkdar incəsənət xadimi bildirdi ki, Akademik Milli Dram Teatrında 27 illik təcrübəyə malikdir:


“Mən ilk addımlarımı o teatrda atmışam. Ona görə belə də olmalı idi. Təbii ki, yeniliklər olacaq. Mən hər dəfə fəaliyyətimin yeni, böyük mərhələsini yeni bir teatrda edirəm”.  скачать dle 12.1