Bia.Az

Ermənistan əhalini təxliyə edir - Genişmiqyaslı hücum hazırlığı

Cəmiyyət
 11-05-2023, 23:00     199

Ermənistanın sərhədin Zod istiqamətində törətdiyi təxribatdan sonra vəziyyət gərgin olaraq qalır. Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, erməni tərəfi bu istiqamətdə əlavə canlı qüvvə və texnika cəlb edir. Bu, təxribat hücumlarının davam edəcəyi gözləntisini artırır.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, Ermənistanın daha genişmiqyaslı hücuma keçə biləcəyi ehtimalını önə çxıaran bir detal da var. Bu, Zəngəzur bölgəsində sərhəd boyunca yaşayış məntəqələrindən əhalinin təxliyəsi ilə bağlı yayılan məlumatlardır.

Ermənistan rəsmiləri bu məlumatı təkzib edir, lakin erməni mediası yerli mənbələrə istinadən Zəngəzurda vəziyyətin çətin olduğunu, əhalinin evlərini tərk etmək istədiyini yazır. Rəsmi İrəvan bunu Azərbaycan Ordusunun hücumu ilə əlaqələndirmək istəsə də, deputat Qagik Melkonyanın açıqlaması bu iddiaları təkzib edir.

Melkonyan bildirir ki, artilleriya işə düşübsə, deməli, vəziyyət son dərəcədə ağırdır: “Onlar (Azərbaycan) kəndlərə, yaşayış məntəqələrinə yox, yalnız mövqelərə atəş açırlar. Zod sakinlərinin bir qismi təxliyə olunub artıq. Fikrimcə, digərləri də təxliyə olunmalıdır, təhlükəsizlik baxımından bu lazımdır”.

Meklonyanın açıqlamasından iki nəticə çıxır:

Birincisi, Azərbaycan tərəfi cavab tədbirləri zamanı yalnız döyüş mövqelərini hədəfə alır;

İkincisi, əhalinin təxliyə edilməsinin arxasında başqa oyun var.

Bu oyun Ermənistanın genişmiqyaslı hücum hazırlığı ilə bağlı ola bilər. Sərhəd bölgəsində əhalini təxliyə edən rəsmi İrəvan qarşıdakı günlərdə daha böyük təxribat hücumlarına əl ata bilər.скачать dle 12.1