Bia.Az

Ağcabədi xəstəxanası DÜZƏLMİR - Direktor şəkərli diabet xəstələrinin dərmanlarını APTEKDƏ SATDIRIR

Cəmiyyət
 11-05-2023, 15:10     351

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında vəziyyət düzəlmir ki, düzəlmir.

Redaksiyamıza məlumat verən mənbəə bildirir ki, adı çəkilən səhiyyə müəssisəsinin Publik Hüquqi şəxsin direktoru Həsən Hüseynov şəkərli diabet xəstələrinə verilən dərman preparatlarını apteklərə verib, orada satdırır.

Rayonun Mərkəzi Xəstəxanasında baş verən qanun pozuntularını aidiyyəti orqanların görməməsi” bizlər üçün çox maraqlıdır.

Əldə etdiyimiz məlumata görə, şəkərli diabet xəstələrinə verilməli olan “İnsulin”, “Amaril” və digər dərman preparatları həkimlər tərəfindən kimlərinsə vasitəsilə rayondakı apteklərdə satdırılır.

Mövzunu diqqət mərkəzində saxlayacagıq.



BİA.az

скачать dle 12.1