Bia.Az

Xırdalan şəhər 3 nömrəli məktəb-liseyin 6 "a" sinif şagirdləri Heydər Əliyevin 100 illiyini qeyd etdilər - VİDEO/FOTO

Cəmiyyət
 10-05-2023, 12:59     611

Abşeron rayon Xırdalan şəhər B.Y.Cəfərov adına 3 nömrəli məktəb-liseydə Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar silsilə tətbirlər həyata kecirilmişdir. Məktəb-liseyin şagirdləri hazırladıqları tədbirlərdə Ulu Öndərin həyat və fəaliyyətinə, təhsil, səhiyyə, neft strategiyasi, aqrar sahə, qida sənayesi, gənclər, mədəniyyət, idman, ordu quruculuğu siyasətinə virtual olaraq səyahət edilib. 

Azerinform xəbər verir ki, dünən məktəb-liseyin 6 "a" sinif şagirdləri Şəhidlər xiyabanında olmuş Ulu Öndərin məzarını ziyarət etmişlər. Tədbirdə H.Əliyevə, şəhidlərimizə həsr olunmuş şerlər söylənmişdir. Tədbir Xırdalanda Heydər Əliyev parkında davam etdirilmişdir. Məktəb-liseyin 6 "a" sinif şagirdləri burada H.Əliyevin bustünün qarşısında da seirlər soylədilər, onun yolunu davam etdirəcəklərini bildirdilər.  

Onu da qeyd edək ki, bu maraqlı tədbirin baş tutmasında məktəb-liseyin 6 "a" sinif rəhbəri Aygün Xələfovanın əməyi böyükdür. 


BİA.az
скачать dle 12.1