Bia.Az

Səməndər Rzayevin qızı Siyavuş Aslanın ailə faciəsi haqda elə şeylər danışdı…

Cəmiyyət
 6-05-2023, 17:37     322

“Atam vəfat edəndən sonra Siyavuş Aslan mənə dedi ki…” – Rübabə Səməndər

Globalinfo.az Azərbaycan teatr və kino aktyoru, qiraət ustası, Azərbaycan SSR əməkdar artisti Səməndər Rzayevin qızı teatrşünas Rübabə Rzayevanın müsahibəsini təqdim edir:

– Rübabə xanım, bildiyiniz kimi, mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov vəfat edib. Çingiz Akademik Milli Dram Teatrı tərəfindən dəfn olundu. Dəfndə iştirak etdiniz?
– Xeyir, iştirak edə bilmədim. Vəfat etdiyini eşitsəm də, dəfn edildiyini yeni bilmişəm. Allah rəhmət eləsin!
– Çingiz Aslanovu tanıyırdınız?
– Mən Xalq artisti Siyavuş Aslanın övladlarını şəxsən tanımırdım, ancaq özü ilə tanış idim. Şəxsi münasibətimiz, ünsiyyətimiz olub. Bir neçə dəfə görüşmüşük, verilişlərə dəvət etmişəm, həmsöhbət olmuşuq.
Deyə bilərəm ki, Siyavuş Aslan çox gözəl, səmimi, qayğıkeş insan olub. Xüsusilə qeyd edim ki, teatrdakı gənclər ilə yaxından maraqlanar, onların qayğısına qalardı.
Mənim qardaşıma qarşı da çox qayğıkeş olub, onu qoruyub. Atam Səməndər Rzayev vəfat edəndə bizə dəstək olub. Dəfələrlə mənə deyib ki, nə lazım olsa, çəkinmə, de mənə, sənin əminəm, tək deyilsən. Bir sözlə, insana mənəvi dəyər verməyi çox yaxşı bacarırdı.
Bu gün Siyavuş Aslan kimi bir insanın övladının belə acı sonla üzləşməsi həqiqətən çox ürək ağrıdır.
– Rübabə xanım, mərhum Çingiz Aslanovun həyat tərzi hər kəsə bəlli idi…
– Təəssüf ki, gəncik illərindən bəri o, düzgün həyat tərzi yaşamayıb. Daha çox tüfeyli həyat keçirib. Özünə də, ailəsinə də çox problemlər yaşatdı. Hər halda Çingiz vəfat edib və onun keçirdiyi mənfi həyat tərzi haqda uzun-uzadı danışmağa dəyməz.
– Başda Xalq artisti Siyavuş Aslan olmaqla bir çox sənətkarın mədəniyyət, incəsənət xadiminin nümunəvi vətəndaş, örnək insan olmalarına baxmayaraq övladlarının taleyi acınacaqlı oldu. Sizin atanız da belə örnək insanlardan olub. Sizcə, bu insanların övladlarının belə tale ilə üzləşməsinin səbəbi nədir?

Rübabə Səməndər
– Mən bir qədər öncə Siyavuş Aslanın dostlarına, sevdiklərinə, iş kollektivinə necə münasibət bəslədiyi haqda dedim. Hesab edirəm onu tanıyan biri kimi ailəsinə qarşı necə olması haqda da demək lazımdır.
O övladlarını çox sevib. Onlar üçün də əlindən gələni edib. Lakin bəzən bütün bunlar kifayət etməyə bilər. Bilirsiniz, insanların həyat tərzinə təsir edən bir çox amil var. Yəni bir insan bədbəxtdirsə və ya uğursuz həyat yaşayıbsa, bunda günahkar təkcə valideyn deyil. Mən tez-tez görürəm, eşidirəm Çingizin həyat tərzi ilə bağlı atasını günahlandırırlar. Halbuki onun həyat tərzinin belə olması ilə atasının, ailəsinin heç bir aidiyyəti yox idi. Bəzən sevgi dolu nümunəvi ailədən də problemli uşaqlar çıxa bilir.
Mühit, dost-tanış faktorunu unutmamaq lazımdır. O, tanınmış bir şəxsin oğlu idi. Bütün imkanlara sahib idi. Ola bilər ki, ətrafındakı mənfi insanların təsirinə düşüb, ya da yoldan çıxarıblar. Lakin büsbütün ailəsini, valideynlərini günahlandırmaq doğru deyil.
Sənətkarların bir çoxuna nəzər saldıqda görə bilərsiniz ki, ya xoşbəxt deyil, ya da ailə həyatı uğursuz alınır. Əslində bu çox təzadlı bir vəziyyətdir. Onlar şan-şöhrətə sahib olsalar da, sevilsələr də əslində dünyanın ən tənha insanları olur.
Çünki bu insanlar bir insanın deyil, canlandırdıqları obrazların həyatını yaşamalı olur. Bir aktyor görün neçə obraza girir, əhval-ruhiyyəsini dəyişir. Bu istər-istəməz psixologiyaya təsirsiz ötüşmür.
Buna görə də bu gün Çingiz Aslanovun ölümü və həyat tərzində atasını günahlandırıb rişxənd edənlərə səslənib demək istəyirəm ki, etdiyiniz bu mənfi əməl sadəcə onun ruhunu incidir. Onsuz da Siyavuş Aslan ömrünün sonlarında çox peşman idi.
– Bu peşmançılıq nə ilə bağlı idi?
– Daha çox övladları ilə bağlı idi. Çingizin taleyinin belə olmasında özünü günahkar bilirdi. Hətta o qədər ki, ömrünün sonları hər kəsdən təcrid olunmuş, hər şeyi bir kənara buraxmışdı. Yəni günahı olmadığı halda belə sənətkar özü-özünü kifayət qədər cəzalandırmışdı.
– Rübabə xanım, Çingiz Aslanovun nəşi ölümündən sonra sahibsiz qaldı. Heç kəs onun nəşinə sahib çıxmaq istəmədi…
– Hər şeyi bir kənara qoysaq dünyasını dəyişəndən sonra doğmaları onun nəşinə sahib çıxmalı idi. Yəni sağlığında sahib çıxmasalar belə cənazəsində çıxmalı idi. Bunu niyə etmədilər, anlamıram.
Ofeliya Aslan da tanınmış aktrisa idi. Onun özünün də kifayət qədər ətrafı, hörməti vardı. Yəni bir nəfər tapılmadı ki, bu biçarəyə ölümündən sonra sahib çıxsın? Ən azından Siyavuş Aslanın ruhuna hörmətən sahib çıxılmalı idi. Mən mühakimə etmək istəmirəm. Ancaq bəzi reallıqlar çox acıdır.скачать dle 12.1