Bia.Az

“Azərişıq” ASC “Sumqayıt” RETSİ-dən Prezidentə və aidiyyatı qrumlara ŞİKAYƏT - MƏTN

Cəmiyyət
 5-05-2023, 13:27     1 308

BİA.az-a “Azərişıq” ASC “Sumqayıt” RETSİ-nin Hesabatların hazırlanması bölməsinin texnik-operatoru Cavadova Jalə Əli qızı tərəfindən .ikayət ərizəsi daxil olmuşdur. Şikayət ərizəsini oldugu kimi dərc edirik.

Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə


surəti: Azərbaycan Respublikasının
Birinci Vitse-Prezidenti
hörmətli Mehriban xanım Əliyevaya


surəti: Azərbaycan Respublikasının Ali məhkəməsinə


surəti: Azərbaycan Respublikasının
Baş Naziri cənab Əli Əsədova


surəti: Azərbaycan Respublikasının
Hesablama Palatasının sədri
cənab Vüqar Gülməmmədova


surəti: Azərbaycan Respublikasının
İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarova


surəti: Milli Məclisinin sədri Sahibə Qafarovaya


surəti: İnsan Hüquqları üzrə müvəkkili,
Ombudsman hörmətli Səbinə Əliyevaya


surəti: Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri
cənab Sahil Babayevə


surəti: Energetika Naziri cənab Pərviz Şahbazova


surəti: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi cənab Vilayət Eyvazova


surəti: Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Əli Nağıyevə


surəti: Baş Prokuror Kamran Əsədova


surəti: Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova


surəti: “Azərenerji” ASC-nin prezidenti
cənab Balababa Rzayevə


surəti: Həmkarlar İttifaqları Konfederasiyasının sədri
cənab Səttar Möhbalıyevə


surəti: “Azərişıq” ASC-nin sədri cənab Vüqar Əhmədova

BİA.az saytının baş redaktoru Ədalət Nəbibəyliyə

“Azərişıq” ASC “Sumqayıt” RETSİ-nin Hesabatların hazırlanması bölməsinin texnik-operatoru Cavadova Jalə Əli qızı tərəfindən

ƏRİZƏ

"Mən 16 ildir ki, energetika sistemində işləyirəm. Bakı Sənaye Pedaqoji Texnikomunu “qırmızı” diplomla bitirmişəm, ixtisas artırmaya əsasən Xarici Dillər Universitetində 1 il kurs keçmişəm. Ailəliyəm, şəxsi evimiz yoxdur, həyat yoldaşım işləmir, Qubadlı r.məcburi köçkünüdür. Himayəmdə biri əlil olmaqla 2 azyaşlı övladım var.

16 illik iş fəaliyyətimə baxmayaraq eyni, texnik-operator vəzifəsində 516 manat maaşa çalışıram....

PREZİDENTƏ şikayət yazdığım üçün işdə HƏR GÜN PSİXALOJİ TƏZYİQ  görürəm"....

“Azərişıq” ASC-nin “Şimal” RETSİ-dəki özbaşınalıqlarının,  qanunsuzluqlarının sayı hesabı yoxdur...

Cənab Prezidentin Sərəncamı olmadan 2022-ci ilin noyabrında “Şimal” RETSİ-ni ləğv edib “qondarma”  “Sumqayıt” RETSİ və “Xaçmaz” RETSİ-lər yaradıldı.  Bununla da “Şimal” RETSİ-nin ştatı bölündü və “Xaçmaz” RETSİ-nin nəzdində ştatlar yaradıldı. 2023-cü il fevralın 3-də son iş həftəsi günü- cümə günü saat 16 radələrində gözlənilmədən istismar idarəsinin binasında “Azərişığ”ın heç bir rəhbər nümayəndəsi olmadan Kadrların aparıcı mütəxəssisi Gülbacı Dadaşova qondarma iclas keçirdi və elan etdi ki, idarənin Sumqayıtda yaşayan 123 nəfər işçisi Xaçmaz RETSİ-nin ştatına keçirilmişdir”.

Bizdən tələm-tələsik  elə həmin günü ərizə yazmağı tələb etdilər.

Ərizə yazmaqdan imtina etdikdə, kadrların aparıcı mütəxəssisi Gülbacı Dadaşova qışqıra qışqıra bizi işdən çıxarmaqla hədələdi. Təhdidlər və təhqirlər edərək, şərt qoyduki, Rəhbərliyin göstərişi belədir, ya “Xaçmaz” RETSİ-nə keçin, ya da ixtisar olunacaqsınız”. Əks halda sonra mənə yalvaracaqsınız....

Halbuki Prezident Sərəncamlarında “Sumqayıt” RETSİ, və “Xaçmaz” RETSİ yoxdur.

Cənab Prezidentin Sərəncamında “Azərişıq”ASC-yə daxil olan 9 regional idarənin siyahısında  “Sumqayıt” RETSİ “Xaçmaz” RETSİ yoxdur. Prezident Sərəncamında “Şimal” RETSİ-nin adı keçir.

Haqqlarımın və hüquqlarımın tapdalandığını görüb, 06.02.2023 cü il tarixində ölkə Prezidentinə, Mehriban xanıma və 10 məsul dövlət orqanına şikayət məktubu yazdım. İdarədə işləyən səkkiz nəfər zərərçəkən qadın da mənə qoşuldu. Məktubumda bizə olunan haqsızlıqla yanaşı, idarədəki digər özbaşınalıq halları, qanunsuzluqlarla əlaqədar da məlumat vermişdim. Bu şikayət məktubumdan sonra, "Azərişıq ASC nin rəhbəri Vüqar Əhmədov bizi qəbul edərək şikayət və xahişlərimizi dinlədi.  Ailəmizin maddi durumunun ağırlığını və himayəmdəki azyaşlı övladlarımın səhhətindəki problemlərini nəzərə alaraq mənə idarədən maddi yardım göstərilməsini, vəzifəmin, əmək haqqımın qaldırılması ilə yanaşı, ali təhsilli həyat yoldaşımı işlə təmin edəcəyini bildirdi.

Lakin dediklərinin tam əksi ilə qarşılaşdım....

Bu "səmimi" görüşdən sonra, "Xaçmaz" söhbəti ləğv olunsa da, mənə vəd olunanları əməl etmək əvəzinə,  ərizəni mən yazdığım üçün "Sumqayıt" RETSİ nin yeni təyin olunan rəisi Həbib Əzizov, müavini Namiz Məhərrəmov, bölmə rəisimiz Nürəddin Cəfərov başıma olmazın oyunlar açmağa başladılar.....

Göstəriş belədir....!

H.Əzizov 01.04.2023 cü il tarixindən “Sumqayıt” RETSİ-yə rəis təyin ediləndən sonra kollektiv iclasda haqq-ədaləti tərəfdarı olduğunu bəyan etməsinə baxmayaraq, dediklərinin tam fərqli formasını yaşatdı!

Belə ki, H.Əzizov təyinatının 10-cu günündə işçilərin gündəlik gördükləri işləri yazılı şəkildə rəhbərliyə təqdim edilməsi barədə AR ƏM-nə zidd olan qanunsuz bir əmr imzaladı və  bununla bağlı komissiya yaratdı. Qanunsuz əmrə əsasən işçilər gündəlik gördükləri işləri saatına, dəqiqəsinə kimi, yazılı formada rəhbərliyə təqdim etməlidirlər.

14.04.2023-də komissiya üzvləri (rəis müavini-Namiz Məhərrəmov, 65 yaşlı təqüdçü-Nürəddin Cəfərov, 74 yaşlı təqaudçü-Əyyar Qasımov, , Anar Hacıyev, 66 yaşlı təqaüdçü - Bayram Paşayev, Amid Musayev) mənim işimi yoxlamaq adı ilə Müqəddəs Ramazan günlərində,  oruclu olduğum halda, hər gün mənə psixoloji təzyiqlər yaşatdılar.

İşçidən gün ərzində gördüyü işləri yazılı formada tələb edilməsi və hər gün gəlib sekundamer qoyaraq işçinin işinin hesabatını almaq  qanunaziddir! İşəgötürən işçşi ilə əmək müqaviləsi imzalayıb. İşçi də müqaviləyə uyğun olaraq vəzifə səlahiyyətlərini yerinə yetirir. Mən də işlədiyim 16 ildə vəzifə səlahiyyətlərimi layiqincə yerinə yetirmişəm. İş avadanlığım köhnə olduğundan, yenilənmir. İşləmək üçün dəftərxana ləvazimatlarım yoxdur və verilmir. Qayda qanundan danışan rəhbərlər, 'Siz ilk öncə işçini iş avadanlıqları ilə təmin edin, sonra iş tələb edin"!
Gün ərzində gördüyüm işləri yazılı şəkildə onlara təqdim etməyimə baxmayaraq onlar mənim işimi qeyri-qənaətbəxş hesab edib, iş vaxtı mənə güclü stress yaşatdılar. Təzyiqlərə məruz qaldığım üçün DİN- nin 102 xidmətinə şikayətim əsasında idarəyə polis əməkdaşları gəldi. Vaxtilə onkoloji xəstəlikdən əziyyət çəkdiyim üçün mənə yaşatdıqları stress səbəbindən ürək təzyiqim yüksəldiyindən, halım pisləşdiyindən təcili tibbi yardım maşını çağırılaraq, xəstəxanaya çatdırılaraq tibbi yardım göstərilmişdir. 25.04.2023-cü ildən indiyə kimi ambulator qaydada həkim nəzarətindəyəm.

27.04.2023-cü ildə  İdarəmin iyrənc, qeyri- insani əməlləri  ucbatından xəstə yatarkən, mənlə maraqlanmaq əvəzinə, xəstəliyimin doğru olub-olmadığını araşdırmaq üçün, kamissiya üzvlərindən həmkarların sədri-Paşayev Bayram, baş mühasib-Hacıyev Anar, aparıcı hüquqşünas-  Musayev Amid  yaşadığım ünvanıma hücum çəkərək, öz evimdə, mənə və azyaşlı övladlarıma stress yaşatdılar.  Anlamıram, bunlar Azərişıq ASC-nin yoxsa TƏBİB-in işçiləridir? Xəstəliyimin 3-cü günündə məni “yoxlayan” komissiya üzvləri 4 aydır işə çıxmayan, Vüsalə Məmmədovanın xəstəlik vərəqəsini niyə araşdırmır? Çünki onun qardaşı Şamaxı RİH-nin başçısıdır. Ona görə də Məmmədova Vüsalə ən yüksək vəzifə və maaşla təmin olduğu halda, əlavə mükafat da alır. Şimal RETSİ dövründə idarəyə "adamı var" adı altında yüksək vəzifə və maaşla (900-1000 manat)işə qəbul edilən işçilərin sayı hesabı yoxdur. Mükafatlar, icazələr eyni adamlara aiddir.

Bizim şöbəyə 4 ay əvvəl götürülən Gülnar Mirzəyevanı birbaşa aparıcı mütəxəssis təyin ediblər. Xidmətlər şöbəsində podrat müqaviləsi ilə işə yeni qəbul edilən Aysu 750 manat maaş alır.  Komissiya üzvlərindən biri də xidmətlər şöbəsinin rəisi 74 yaşlı təqaüdçüsü Qasımov Əyyar və həmkarların sədri 66 yaşlı Bayram Paşayevdir. Belə təqaüdçülərin üzündən həyat yoldaşım kimi ali təhsilli cavan kadrlar işsiz qalıb...
Mənim kimilər isə “yerlərində sayır”, illərdir vəzifələri və maaşları artırılmır. Adları Sumqayıt elektik şəbəkəsinin müştəri xidmətində gedən Səlimli Səxavətlə, Abbasova Xuraman “Sumqayıt” RETSİ-nin baş idarəsində oturub hesabatların hazırlanması bölməsinə aid işləri görürlər. Abbasova Xuraman orta texniki təhsillidir, lakin vəzifəsi mütəxəssisdir. Nürəddin Cəfərovla qohum olduğu üçün öz yanında yerləşdirib. Hesabatların hazırlanması bölməsinin rəisi N.Cəfərovdan soruşan yoxdur ki,:-“ştat üzrə adları müştəri xidmətlərində gedən Abbasova Xuramanla, Səlimli Səxavətin hesabatların hazırlanması bölməsində işlətməkdə nə marağınız var?! Komissiya üzvlərindən biri aparıcı hüquqşünas ,hər gün mənim işimi sekundamer qoyub yoxlayan Amid Musayevdir. A.Musayevin özündən soruşan lazımdır ki, “Azərişıq” ASC-yə qarşı Məhkəmələrə iddia ərizələrindən neçəsini “Azərişıq” ASC-nin xeyrinə həll edə bilib ?

İlham Əliyev Cənablarının göstərişi əsasında bütün idarələrdə əmək haqları artırılır. Bizim maaşlar isə “sabit”, “dəyişməz” qalıb. Maaşlarımızı 1 ay sonra (məs: aprelin maaşını, mayın sonuncu həftəsi) alırıq .

İnsan Resurslarının rəisi S. Baxışov ilə Kadrlar şöbəsinin aparıcı mütəxəssisi Gülbacı Dadaşova ilə iş birliyi quraraq, karrupsiya, rüşvət alma, özbaşınalıq, işçinin əməyinin istismarı halları ilə məşğul olaraq rəhbər Vüqar Əhmədovun adına xələl gətirirlər!

Vəzifə təlimatlarından sui istifadə edən , İdarədə özünü "ağa" kimi aparan Kadrlar şöbəsinin aparıcı mütəxəssisi Gülbacı Dadaşova Sumqayıt RETSİ ni şəxsi ailə idarəsinə döndərib!  qardaşı-Teymurov Seymur, qardaşının oğlu, bacısı qızı-Hüseynova Ülviyyə və bacısı qızının əri-Hüseynov Elməddin , bacısının yoldaşını yüksək maaşla “Azərişıq” ASC-yə işə qəbul ediliblər, ayda mükafat da alıb işdə tapılmırlar. Komissiya bunları niyə araşdırmır ?!

Dövlət Əmlakını talayanlar Azərişıq da yüksək vəzifələrə gətirilib. Vaxtilə mütəşəkkil dəstə ilə külli miqdarda rüşvətalma, vəzifə saxtakarlığı etməklə dövlət başçımıza xəyanət edənlərin (Sakit Baxışov, Xalid Təhməzov, Çingiz İbadov, Mahir Novruzov və s.) “Azərişıq” ASC-də rəhbər vəzifələrdə təmsil olunmalarına sədr Vüqar Əhmədov nə üçün “göz yumur”?

“Sumqayıt” RETSİ-dəki bütün bu özbaşınalıqların səbəbkarı ,  Gülbacı Dadaşovaya havadarlıq edən “Azərişıq” ASC-nin İnsan Resursları İdarəsinin rəisi,  Sakit Baxışovdur ! Bu şəxs “Keçmiş İqtisadi İnkişaf Nazirliyində sektor müdiri işləyərkən yol verdiyi qanunsuzluqlara görə, AR CM-nin 308.2 (dövlət satınalmalarını qanunsuz keçirmə), 311.3.1 (mütəşəkkil dəstə ilə rüşvətalma), 311.3.2 (təkrar rüşvətalma), 311.3.3-cü (külli miqdrada rüşvətalma) maddələrilə təsirlli bilinərək Ağır Cinayətlər üzrə Məhkəmənin hökmü ilə 1 il şərti cəza almış təqaüdçü-Sakit Baxışovdan qayda-qanun, haqq- ədalət gözləmək məntiqsizlikdir!

O, AR Qanunlarına, ƏM-nin tələblərinə, cənab Prezidentin göstəriş və tövsiyələrinə məhəl qoymur. Bu şəxsin “sayəsində” “Azərişıq” ASC-də haqsızlıq, sosial-ədalətsizlik hökm sürür. Ştatları orta təhsillilər, pensiyaçılar zəbt edib, yüksək maaş alırlar. “Fəaliyyəti” və ya fəaliyyətsizliyi ilə böyük narazılıqlar yaradan S.Baxışov, görünür, yaxın keçmişindən “dərs” almayıb.

16 illik iş stajıma görə vəzifəmin, maaşımın artırılması, yoldaşımın işə götürülməsi üçün Azərışığa dəfələrlə  müraciət etsəmdə, S.Baxışov mənə deyir ki, “ştatda yer yoxdur”. Lakin “Azərişıq” ASC-nin, “Şimal” RETSİ-də illərlə Sənan Abdullayev (adı bizim şöbədə gedib), Şahnəzər Ağayev kimi dövlətdən havayı maaş alan “ölü canlar”ı da görməzdən gəlib, bu şəxslərə himayədarlıq edilib. Aparıcı mütəxəssis kimi işə qəbul edilən, davamiyyət kitabinda adı belə olmayan S.Abdullayevə xaricdə olduğu vaxtlarda da iş günləri yazılıb. Bütün idarəyə Vüqar Əhmədovun qohumu kimi tanıdılıb. Ondan fərqli olaraq davamiyyət kitabında Ş.Ağayevin adı olub, imzası olmayıb(surətlərini təqdim edə bilərəm). Mənim birinci şikayət ərizəmdən sonra, bu işçilərin yeri vəzifələri qarışıq başqa yerə köçürülüb.

Pensiyanerlərin əlindən idarə “qocalar evi”nə dönüb. Cavan kadrlar işsiz qalır, pensiaynerlər işləyir?! S.Baxışov hara baxır?

S.Baxışov “vətəndaşların müraciətləri haqqında” AR Prezidentinin imzaladığı Qanuna da əməl etmir. O, cənab Prezidentimizin göstərişlərindən, çıxışlarından ya xəbərsizdir, ya da onlara əməl etməmək xülyasına düşüb!

İdarə xəstə olub - olmadığımı araşdırmaqdansa, dövlət əmlakının mənimsənməsi, mütəşəkkil dəstə ilə külli miqdrada rüşvətalma, vəzifə saxtakarlığı, dövlət satınalmalarını qanunsuz keçirmə maddələri ilə həbs edilmiş şəxsin keçmiş fəaliyyəti ilə maraqlansınlar. Mütəşəkkil dəstə ilə külli miqdarda rüşvətalma, vəzifə saxtakarlığı etmək, zənnimcə, dövlət başçımıza və dövlətə xəyanətdir. Belələrinin nəinki “Azərişıq” ASC-də, heç bir dövlət idarəsində rəhbər vəzifədə işləməsi yolverilməzdir. Onların yerinə cənab prezidentimizin vurğuladığı kimi: “sağlam kadrlar təyin edilməlidir!”.  

Cənab Vüqar Əhmədov bunları bilə-bilə, belələrinə etimad göstərib yüksək vəzifələrə təyin etməklə, cənab Prezidentin ona olan etimadına kölgə salır.

Bütün bu yazdığım məlumatların doğruluğu barədə sənədlərin surətləri və hadisələrin video səsləri,  görüntüləri sizə təqdim olunacaq.

"Dövlət əmlakının mənimsənməsi, mütəşəkkil dəstə ilə külli miqdrada rüşvətalma, vəzifə saxtakarlığı edən, çirkab dolu keçmişi olanları qoyub,  mənim evimə gələrək xəstəliyimi araşdıranlar qarşımda nə qədər aciz, cılız və qorxaq olduqlarını sübüt edirlər”.  Mənim kimi fəhlələrin hesabına kreslolarda oturan, bu qədər "insan" tülkü kimi planlar, tələlər qururlarki məni işdən çıxartsınlar!
Hamısı bir gün, bu etdiklərinə görə,  Allah qarşısında cavab verəcəklər İnşəAllah.

Himayəsində sağlamlıq imkanları məhdud övladı olan bir anaya, Azərbaycan qadınına, təzyiq edərək həyatını təhlükəyə atmaq "kişi"yə yaraşmaz!

Cəsarətli Azərbaycan kişisi gücünü qadına yox, səngərdə düşmənə göstərir....!
 
Şər qüvvələr kimə güvənir mənə maraqlı deyil, Mənim güvəndiyim göydə ALLAH, yerdə Prezidentim, Müzəffər Ali Baş Komandanım İlham Əliyevin ədaləti və Onun DƏMİR YUMRUĞUDUR!

Cənab Prezident
"Xahiş edirəm bu haqda müvafiq araşdırmalar aparılması və lazımi tədbirlər görülməsi ilə yanaşı,  energetika sistemindəki 16 illik iş təcrübəmi və ailə vəziyyətimi nəzərə alaraq,  yüksək əmək haqqı ilə vəzifəmin artırılması,  yoldaşımın işlə təmin olunması üçün, məndən öz köməyinizi əsirgəməyəsiniz.

Öncədən Sizə minnətdaram."

İmza :  Cavadova Jalə Əli qızı
Tel: 077 7212141

05.05.2023

BİA.az
скачать dle 12.1