Bia.Az

Tanınmış jurnalistin adından istifadə edilərək dələduzluq edilir - Diqqət!

Cəmiyyət
 3-05-2023, 11:46     226

Əməkdar İncəsənət Xadimi, tanınmış jurnalsit Telli Pənahqızının sosial şəbəkə hesabları oğurlanıb.

DİA.AZ bildirir ki, Telli Pənahqızının Lent.az-a verdiyi məlumata görə, fevralın 26-dan etibarən onun adından müxtəlif adamlara mesajlar göndərilib, öncə səhifəsinin bağlandığı bildirilir, daha sonra yardım üçün telefon nömrəsi istənilir. Daha sonra dələduzlar kod və şəxsiyyət vəsiqəsinin fin kodunu istəyirlər. Bundan əlavə “Soliton” şirkətindən 500 manatlıq hədiyyə kuponunu təqdim edəcəyini deyərək, şəxsi məlumatlar əldə etməyə çalışır. İnandırmaq üçün qəbzin və onun sosial şəbəkə hesabının şəkli göndərilir.

Jurnalist xanım məsələylə bağlı polisə müraciət etsə də, hələlik nəticə ala bilmədiyini bildirib. O qeyd edib ki, onun özünə də tanımış bir professorun adından eyni tipli mesajlar gəlib.

O bu gün məslə ilə bağlı təhlükəsizlik orqanlarına yenidən müraciət edəcəyini bildirib.

Tanınmış jurnalistin adından istifadə edilərək dələduzluq edilir
Tanınmış jurnalistin adından istifadə edilərək dələduzluq edilir


скачать dle 12.1