Bia.Az

Xalq şairi: “Kim sənə haqq verir ki, millətə o dildə müraciət edəsən?!”

Cəmiyyət
 2-05-2023, 13:44     274

Milli Məclisin iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında layihə müzakirə olunarkən çıxış edən deputat, Xalq şairi Sabir Rüstəmxanlı İTV-nin fəaliyyətini yüksək qiymətləndirdi. Eyni zamanda ümumilikdə televiziyalarımızla bağlı tənqidlərini bölüşdü. “Bizim televiziyalarımız milləti millət olmaqdan çıxaran verilişləri artırırlar. Heç bir insan küçəyə çirkli paltarla çıxmaz. Amma televiziya ilə çırkli dillə çıxırlar. Kim sənə haqq verir ki, millətə o dildə müraciət edəsən?!”-S.Rüstəmxanlı etirazını bildirdi.
Daha sonra deputat qeyd etdi ki, Dövlət Televiziyasında Mədəniyyət kanalı var. İTV-də də Dünya Azərbaycanlıları kanalı olmalıdır.

S.Rüstəmxanlı təklif etdi ki, belə bir kanal açılsın və orada Azərbaycan dilini və tarixini öyrədən bölmələr olsun: “Düşmənlərimiz bizim əleyhimizə verilişlər verirlər, onlara irad tutanda deyirlər ki, bu, dövlət kanalı deyil. Biz də İTV-də belə bir kanal yarada bilərik ki, onlara efir vasitəsilə cavab verə bilək”.скачать dle 12.1