Bia.Az

Əvəz Zeynallıya 5 epizod üzrə ittiham elan olunub – TƏFƏRRÜAT

Cəmiyyət
 28-04-2023, 14:57     355

Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib.Proses başlayan zaman Əvəz Zeynallının yoldaşı Məlahət Zeynallı zalda mübahisə yaradıb.
M.Zeynallı zaldan çıxarılıb. Əvəz Zeynallı hakimdən xahiş etdikdən sonra M.Zeynallı yenidən zala qaytarılıb və ona xəbərdarlıq edilib. Daha sonra prokuror ittiham aktını elan edib.


İttiham aktına görə, Əvəz Zeynallıya 5 epizod, Elnur Şükürov isə 3 epizod üzrə ittiham elan olunub.
Elnur Şükürov və Əvəz Zeynallı özünü heç bir ittiham üzrə təqsirli bilməyib.
Əvəz Zeynallı aktın heç bir sətrinin düzgün olmadığını deyib.
Məhkəmə iclası iyunun 9-da davam etdiriləcək.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Odur ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib. //trend//скачать dle 12.1