Bia.Az

Əgər Cümhuriyyət bircə ay dözsəydi… - Leninə teleqram

Cəmiyyət
 28-04-2023, 12:13     304

Məlumdur ki, Azərbaycan Cümhuriyyəti ölkənin müstəqilliyinin beynəlxalq güclər tərəfindən tanınması üçün müraciətlər edib. Paris Sülh Konfransında da Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil olunub. Bu barədə çox yazılıb və mən də bir neçə məqalə yazmışam. Ancaq əlimə keçən bu məktub o dövrdə baş verən proseslər haqda çox maraqlı sənədlərdəndir.

Kult.az xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev yazıb.

Tarixçi bu sənədi 27 aprel 1920-ci ildə Azərbaycanın qırmızı terror-bolşeviklər tərəfindən işğalını sürətləndirən məktub adlandırıb:
“Demək, bolşevik Rusiyasının Azərbaycanı işğal etməsini sürətləndirən amil Antanta tərəfindən iki dövlətin - Azərbaycan və Gürcüstanın müstəqilliyinin tanınması barədə məlumatı Kirovun Leninə göndərdiyi 21 yanvar 1920-ci ildə təcili teleqram olub. Diqqət yetirin, Azərbaycan və Gürcüstanın. Ermənistanın adı isə heç bir yerdə çəkilmir. Çünki onların Parisdə iddia etdikləri təkliflər qəbul edilmədi və məktubdan göründüyü kimi, Antanta heç bu dövlətin varlığını da qəbul etməyib.
Mətn sənəddə var. Bu teleqram Bakı nefti və Azərbaycan sərvətlərində gözü olan Lenin və ətrafını qorxuya salır və buranı işğal etmək üçün səfərbərliyə başlayırlar. Məhz Azərbaycanın müstəqilliyinin Antanta tərəfindən tanınmasının rəsmiləşdirilməsinin 28 May 1920-ci ildə olacağı məlumatını alan Lenin dərhal Bakını və Azərbaycanı, ardınca da Gürcüstanı işğal etməyi tapşırır. Cəmi bir ay Azərbaycan rəhbərliyi dözüb ruslara ölkə ərazisindən guya Türkiyəyə “kömək” etmək bəhanəsi ilə gəlməsini saxlaya bilsəydi, Antanta rəsmən Azərbaycan Cümhuriyyətinin müstəqilliyini elan edəcəkdi. Ondan sonra buranı qorumaq üçün Antanta konkret addımlar ata bilərdi. Əlbəttə, bunlar ehtimal olsa da, Antantanın Azərbaycan Cümhuriyyətini tanıması və bunu rəsmiləşdirmək niyyəti realdır”.
Qeyd edək ki, 28 aprel – Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası tərəfindən işğalı günüdür.скачать dle 12.1