Bia.Az

DYP-dən “Formula” ilə bağlı sürücülərə müraciət

Cəmiyyət
 26-04-2023, 12:00     223

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) "Formula-1 Azərbaycan Qran Prisi" ilə əlaqədar Bakı şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və nəqliyyat sıxlığının qarşısının alınması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.


Axar.az müraciətin mətnini təqdim edir:


“Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Bakı şəhərində keçiriləcək "2023 Formula-1 Azərbaycan Qran Prisi" ilə əlaqədar paytaxtda nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə aprel ayının 28-dən may ayının 2-dək Bakı şəhərinə bitişik kənd və qəsəbələrdən, həmçinin respublikanın digər şəhər və rayonlarından paytaxta gələn vətəndaşlarımızdan ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri, paytaxt sakinlərindən isə yarışın keçirildiyi müddət ərzində fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri, istismar müddəti çox olan və nasaz nəqliyyat vasitələri ilə ümumiyyətlə yola çıxmamaları xahiş olunur”.скачать dle 12.1