Bia.Az

Prezident "hazır olun" dedi, müharibə ola bilərmi? – Politoloqdan ilginc açıqlama

Cəmiyyət
 19-04-2023, 16:27     324

“Ölkə Prezidenti, Azərbaycan torpaqlarını işğaldan azad edilməsinə rəhbərlik edən şəxs əgər Ermənistanın davranışları müqabilində revanşist qüvvələrin yenə baş qaldırması və Azərbaycanın istənilən vəziyyətə hazır olmalı olduğunu diqqətə çatdırırsa, bu, çox ciddi bir mesajdır”.

Bu sözləri politoloq Elçin Mirzəbəyli Musavat.com-a açıqlamasında bildirib.

Politoloq qeyd edib ki, Azərbaycan Prezidentinin səsləndirdiyi bu fikirlər Ermənistan daxilində ciddi müzakirə mövzusuna çevrilib: “Bununla bağlı Ermənistanda həyəcan və təşvişin hiss olunması mesajın artıq hədəfə çatdığını təsdiqləyir.
Şübhəsiz ki, əgər söhbət Azərbaycanın ərazi bütövlüyndən, ölkəmizin sərhədlərinin toxunulmazlığına dair yarana biləcək yeni təhdidlərdən gedirsə, o zaman Azərbaycan BMT Nizmanaməsinin 51-ci maddəsinə uyğun olaraq ölkəyə təhlükə yaradan bütün təhdidlərin qarşısını ölkə sərhədlərindən kənarda da ala bilər.
Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi həmin fikilər Ermənsitana, oradakı revanşist qüvələrə, sülh prosesə mane olan dairələrə, həmçinin Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını qəbul etməyənlərə verilmiş mesajdır. Əlbəttə ki, revanşist qüvələrin davamlı şəkildə neqativ davranışlarını görəcəyiksə günlərind birində həmin revanşist qüvvələr başlarının üstündə Azərbaycan bayrağını görəcəklər. Nəinki bayrağın kölgəsini, həm də dəmir yumruğu görəcəklər”.
Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində qeyd etmişdi: “Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır, biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun. Bu gün də Azərbaycan ordusu güclüdür”.скачать dle 12.1