Psixiatriya Mərkəzininin vəzifəli şəxsi işdən çıxarıldı
Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Mərkəzinin direktor müavini Vüqar Yusifov vəzifəsindən azad edilib.
Axar.az Unikal-a istinadən xəbər verir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.
Hələlik onun yerinə təyinat yoxdur.
Qeyd edək ki, bir müddət əvvəl Bakı şəhərinin Xətai rayonu, 3 saylı uşaq evində qalan yeniyetmələrdən biri həmin uşaq evi ilə bağlı şikayətini bildirib. Qeyd edib ki, müəssisədə uşaqlara quru çörək verirlər.
Daha sonra şikayətini bildirən yeniyetmə Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.
Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov yeniyetmənin ruhi xəstə olmadığını açıqlayıb.
Daha sonra həkim də işdən çıxarılıb.