Bia.Az

Qarabağ erməniləri qaranlığa qərq olacaq - səbəb?

Cəmiyyət
 18-04-2023, 14:47     239

Aprelin 20-də saat 10:00-dan 17:00-dək Qarabağın yuxarı hissəsində, Rusiya hərbi kontingentinin müvəqqəti mövcud olduğu ərazilərdə elektrik enerjisi tamamilə kəsiləcək.

Musavat.com bununla bağlı erməni mediasına istinadən bildirir. Məlumatda deyilir ki, kəsinti baş vermiş qəza səbəbindən həyata keçiriləcək bərpa işləri ilə bağlıdır.


Qondarma rejimə aid olan idarədən bildiriblər ki, planlaşdırılan elektrik enerjisinin kəsilməsi 110 kV-luq Sərsəng-Xankəndi hava xəttində güclü külək nəticəsində baş vermiş qəzaların aradan qaldırılması zərurəti ilə əlaqədardır. Qəzanı kimlərin aradan qaldıracağı barədə məlumat verilmir.скачать dle 12.1