Bia.Az

Göygöldə məskunlaşan “İsmayılovlar ailəsi” Baş prokurora səsləndi -” Xaliq İsmayılov özünə qəsd etməyib,onu boğub öldürüblər”

Cəmiyyət
 17-04-2023, 12:39     201

Göygöl rayonunun Üçtəpə kəndində məskunlaşan Kəlbəcər rayonun Lev kənd sakinləri Göygöl rayonun prokurorluğunu cinayət işini ədalətli aparmamaqda ittiham edirlər.

Bu haqda Dünyanınsəsi.Az saytına mərhum Xaliq İsmayılovun bacısı Sona Musayeva , əmisi Oktay sadıq oğlu İsmayılov və digər qohumları tərəfindən bizə göndərilmiş olan video-şikayətdə belə qeyd edirlər.
Məlumat üçün qeyd edirik ki, 08.05.2022-ci il tarixdə Göygöl rayon sakini 39 yaşlı Xaliq İsmayılov yaşadığı Üçtəpə kəndindəki evinin həyətində özünü asaraq, həyatına son qoyub.Amma mərhumun yaxınları bu müəmmalı ölüm işinin bu cür versiyasını qəbul etməyirlər.Onlar bildirilər ki, 11 aydır ki, Baş prokuorluğa, Prezident adminstrasiyasına eləcə də televiziya kanallarına çoxsaylı müraciətləri olsada qəsdən boğularaq öldürülmüş Xaliq İsmayılovun əsl qatilini üzə çıxarmayıblar.
Mərhumun bacısı Sona Musayeva bizə göndərmiş olduğu video-şikayətində səsləndirir ki, hadisə baş verən gecəmərhum qardaşı X.İsmayılovun həyat yoldaşı ilə aralarında insident baş verib.Həmin gecə mərhumun yaşadığı evdə qan izləri olub.Onun özünə qəsd etməsinə bacısı qəti inanmadığını bildirir.O, bu müəammalı ölüm işində mərhumun ailə üzvülərini eləcə də həyat yoldaşını ittiham edir.
Mərhumun əmisi Oktay Sadıqov isə şikayətində səsləndirir ki, mərhum qardaşı oğlunun ölməsini eşidib onun yaşadığı evə gedərkən qardaşı arvadı ona bildirib ki, guya tövləyə gedərkən oğlunun meyitini görməyib.Amma tövlədən çıxanda yerə uzanmış olan cansız cəsədi ilə üzləşib.Hadisə yerinə hüquq mühavizə orqanlarının əməkdaşları gələndə onlara isə bildirib ki, guya hadisə mal tövləsində baş verib.
Halbuki hadisə yerinə gedən ailənin yaxınları eləcə də qonşular qeyd edirlər ki, Xaliq İsmayılovun cansız cəsədini evdə divana uzanmış vəziyyətdə görüblər.
Belə olan hadisə yerinin müayinəsi və maddi sübutlara baxış keçirilməsinə dair protokollarda niyə mal tövləsi göstərilməlidir?
Mərhumun qonşusu Əsgərov Nadir Qabil oğlu da bildirir ki, səhər-səhər mal-heyvanı aparırdım, ölüm xəbərini eşidib evlərinə getdim.Xaliq ismayılovun meyiini divanın üzərinə uzadılmış vəziyyətdə gördüm.Həmin vaxt hadisə yerində mərhumun anası və həyat yoldaşı da orada idi.
Mərhumun bibisi Mamaedova Rəna Sadıq qızı da hadisəni belə nəql edir: “Hadisə yerinə getdim qardaşım oğlunun meyitini divana uzanmış vəziyyətdə gördüm.Soruşdum ki, bu nədən dünyasını dəyişib.Bildirdilər ki,guya cpirtli içkidən zəhərlənib.sonradan dedilər ki, guya özünü tövlədən asıb”.
Bibisi Mamaedova Rübabə isə baş verənlərlə bağlı belə deyir:” Ölümün səsbəini soruşdum mərhum anası bildirdi ki, spirtli içki qəbul edib guya piləkənlərdən yıxılaraq dünyasını dəyişib”.
Mərhumun əmisinin həyat yoldaşı Məlahət İsmayılova isə baş verən hadisə ilə bağlı gördüklərini belə nəql edir: “Prokuror hadisə yerində meyitə baxış keçirib çəkiliş edilərkən mərhumun yoldaşı İlhaməyə üz tutaraq sorşub ki, Xaliq İsmayılovun boğaz nahiyyəsinə üç barmaqla şıramı kim çəkib? Və sonradan mərhumun oğlunu da sorğu-suala tutdu”.
Mərhumun yaxın qohum-əqrabasının eləcə də qonşuların deməsinə görə mərhum Xaliq İsmayılov ali təhsilli müəllim olmaqla hər kəs tərəfindən müsbət xarakterizə olunur və ailədə yeganə qazanc gətirən şəxs olub.Onun heç kimlə ədavəti olmadığı bildirilir.
Hər vəclə “İsmayılovlar ailəsi” mərhum X.İsmayılovun intihar etməsini qətiyyətlə rədd edir.Və bildirirlər ki, onu qəsdən boğaraq öldürüblər.
Sonda mərhumun bacısı Sona Musayeva mətbuat vasitəsi ilə Azərbaycan Respublikası Baş Prokuroru Kamran Əliyev cənablarından iş üzrə icraatın təzələnməsini, istintaqın yenidən ədalətli və obyektiv aparılmasına göstəriş verməsini xahiş edir.
Səsləndirilən ittihamlarla bağlı qarşı tərəflərində mövqeyini dərc edə bilərik.
Baş prokurorluğa ünvanlanmış olan video-şikayəti təqdim edirik:
скачать dle 12.1