Bia.Az

Muxtar müəllim, buna görə KİM CAVAB VERƏCƏK? – Meşələrmiz gözgörəsi MƏHV EDİLİR

Cəmiyyət
 15-04-2023, 14:48     273

Muxtar Babayev növbəti barbarlığa rəsmi olaraq imza atıb. Qusar rayonundan 22.3 hektar meşə fondu torpağını Qusar Bələdiyyəsinə ev tikmək üçün ayırıb. Ağaclar kəsilir və kökləri evlərin tikilməsi üçün çıxarılır. ETSN rəsmi razılıq verib. Əvəzində 30 hektar boş torpaq sahəsi alıb”.

AzToday.az xəbər verir ki, bu sözləri “Ecofront” təşkilatının rəhbəri Cavid Qara bildirib.

Onun sözlərinə görə, meşə sahəsində kimlərsə villa tikmək istəyirsə, buna meşə çatdırmaq olmaz:


“Elə 30 hektarda tiksinlər də. Kimsə meşənin içində özünə villa tikmək istəyirsə buna meşə çatdırmaq olmaz. Muxtar Babayev yox deyə bilmirsiz ay xaraktersiz! Sabah başqa şey istəyəcəklər! Yox deməyi öyrənin. Bəlkə alınır.
Bunun o tərəfi bu tərəfi yoxdur, rəsmi olaraq meşə alverçiliyi edirlər.


Ekoloji ekspertiza rəy verib ki, yaşıllıqları qorumaqla tikintiyə icazə verilsin. O necə olur fakt odur ki, başdan başa qırma başlayıb. Ekoloji ekspertiza nədir? 5 hektardan artıq meşə qırma üçün Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədi və Strateji Ekoloji Qiymətlındirmə Sənədləri hazırlanmalıdır. Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi haqqında qanunun tələblərinə uyğun olaraq. O da sizin əlinizdədir. Aldığınız nəfəs də saxtadır”…

скачать dle 12.1