Bia.Az

Sabahla bağlı əhaliyə daha bir XƏBƏRDARLIQ

Cəmiyyət
 13-04-2023, 15:58     212

Aprelin 14-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Abşeron yarımadasında gündüz saatlarında gilavar küləyinin qısamüddətdə güclənəcəyi gözlənilir.

Bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Avtomobil yollarında vəziyyət

Aprelin 14-də ölkə ərazisində gecə və səhər saatlarında Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Laçın-Həkəri, Qubadlı-Xanlıq, Həkəri-Zəngilan, Ağdam-Füzuli-Horadiz, Füzuli-Cəbrayıl-Mahmudlu, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Giləzi-Xızı, Quba-Xaçmaz, Quba-Qusar, Goran-Naftalan, Xaldan-Mingəçevir, Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy, Bəhramtəpə-Biləsuvar, Yevlax-Zaqatala, Ələt-Astara, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində arabir duman ilə əlaqədar olaraq görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.скачать dle 12.1