Bia.Az

Erməni tərəfə keçən əsgərlərimizin AQİBƏTİ NƏ OLACAQ? – Düşmən “kəşfiyyatçı” kimi təqdim edir…

Cəmiyyət
 10-04-2023, 17:29     219

Ermənistan mediası saxlanıldığı iddia etdikləri azərbaycanlı əsgərləri “kəşfiyyatçı” kimi təqdim etməyə çalışır. Halbuki, onların kənd sakinləri tərəfindən saxlanıldığı deyilir. Kəşfiyyatçı olsaydılar nəinki Zəngəzurdakı ermənilər, İrəvandakılar da gəlsəydi, mümkün olmazdı.

Lakin Ermənistanın itkin düşən əsgərlərimizi “kəşfiyyatçı” kimi təqdim edərək, Azərbaycanın “təxribat planı” iddiaları üzərindən hərəkət edə biləcəkləri istisna deyil. Aİ missiyasını bölgəyə gətirəndən sonra İrəvan avropalılara “Azərbaycanın hücumu”nu nümayiş etdirmək üçün fürsət axtarır, bu məsələdən də istifadə edə bilərlər.


Azərbaycan tərəfinin rəsmi açıqlaması olmadığı müddətdə nəsə demək çətindir.



Ən maraqlısı isə azərbaycanlı əsgərin erməninin evinə getdiyi, yemək yediyi, daha sonra kənd mağazasının qarşısında yaşlı ermənilərlə bir əl kart oynadığı iddiasıdır. Bircə kart oyununda bizim əsgərin, yoxsa ermənilərin qalib gəldiyini yazmayıblar.



Asif NƏRİMANLIскачать dle 12.1