Bia.Az

Mənsimovdan direktora cavab: Ləyaqətsiz oyun...

Cəmiyyət
 9-04-2023, 18:11     228

Bir necə gündür ki, İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin direktoru mənimlə bağlı bəzi media orqanlarında açıqlmalar verir. Mülahizələr irəli sürür ki, guya mən onun rəhbərlik etdiyi məktəbi bağlatdırmaq istəyirəm və s. Əslində, bu cür əsilsiz və şər-böhtan xarakterli iddialara cavab vermək fikrim yox idi. Lakin azərbaycanlı balaların təhsil məsələsi gündəmdə olduğuna və təhsil məsələsi mənimçün son dərəcə həssas məsələ olduğuna görə bu barədə qısa fikir bildirmək qərarına gəldim.

Axar.az xəbər verir ki, bunu “Palmali Holdinq”in prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimov İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin direktorunun onun haqqında mətbuatda səsləndirdiyi iddialara münasibət bildirərkən deyib.

M.Mənsimov iddiaların əsassız olduğunu bildirib:

“Mən və rəhbərlik etdiyim “Palmali Holdinq” şirkəti həmişə imkanlarımız daxilində azərbaycanlı tələbələrin təhsil almasına dəstək vermişik. Bu mənim ən başlıca həyat prinsiplərimdəndir və təmənnasız gördüyüm işlərdəndir. Çünki elmli və savadlı gənclik Azərbaycanın gələcəyidir. Və bu yöndə təmənnasız fəaliyyətimizi nə qədər ömrümüz var, davam etdirəcəyik. Sözügedən məktəbə gəlincə, Milli Qəhrəmanımız Mübariz İbrahimovun adını daşıyan məktəbdən dəstəklə bağlı müraciət oldu. Öyrəndim ki, məktəb artıq 5 ildir fəaliyyət göstərir. Biz isə ötən ildən, yəni, bir ildir ki, həmin məktəbə maliyyə yardımı göstəririk. Türkiyədə yaşayan aztəminatlı azərbaycanlıların övladlarının ödənişsiz təhsil almaları üçün bu prosesdə iştirak edirik. Məktəbin bütün ehtiyaclarını qarşılayırıq. Hüseyn Cavid adına məktəbin kollektivi də istəsə, müraciət etsə, eyni şəkildə dəstək verməyə hazırıq. Çünki ortada bizim balalar, onların qardaş ölkədə təhsilli və savadlı böyüməsi kimi həyati vacib bir məsələ var. Və mən bir azərbaycanlı olaraq, Türkiyə məktəblərində təhsil almaq üçün ən müxtəlif səbəblərdən sənədləri qaydada olmayan o körpələrin məktəbdən kənarda qalmasına izləyici qala bilmərəm. Bunu hər kəs bilsin ki, mən və “Palmali” şirkəti bütün tirajlanan dedi-qodulardan və şər-böhtandan uzağıq və o böhtanları yayanları Azərbaycanın gələcəyi olan uşaqlar və məktəb üzərindən düşmənçilik etməməyə dəvət edirəm. Çünki bu ləyaqətsiz oyundan əziyyət çəkən məhz o uşaqlardır”.скачать dle 12.1