Bia.Az

Türkiyə ilə bağlı DƏHŞƏTLİ PROQNOZ

Cəmiyyət
 9-04-2023, 12:18     180

Türkiyənin Bingöl Universitetinin Enerji-Ətraf Mühit və Təbii Fəlakət Araşdırmaları Mərkəzinin direktoru Kenan Akbayramın zəlzələ proqnozu ölkədə səs-küy yaradıb.

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, Kenan Akbayram Şimali Anadolu qırılma zonasında yerləşən 75 kilometrlik Yedisu fayının 7,2 bal gücündə zəlzələ yarada biləcəyini qeyd edib. 

onun.PNG (607 KB)
“Bingöl yüksək seysmikliyə malikdir. Oradakı fay xətlərinin bəzilərinin qarşıdakı dövrdə zəlzələlərə səbəb olacağını düşünürük. Daha doğrusu, bizim elmi məlumatlarımız bunu göstərir. Bu zəlzələ Bingölün mərkəzində, rayonlarında və ətraf şəhərlərdə təsirli olacaq. Bundan başqa, Bingöldə başqa faylar da var, onlar da aktivdir. Bunlardan biri Şərqi Anadolu fay zonasının Palu ilə Bingöl arasındakı hissəsidir ki, bu da ədəbiyyatda Gökdərə seqmenti kimi xatırlanır. Türkiyənin Elmi və Texnoloji Araşdırmalar Şurasının dəstəyi ilə (TUBİTAK) Bingöl Universiteti, Tunceli Munzur Universiteti, Ərzurum Atatürk Universiteti ilə ortaq bir layihə həyata keçiririk. Bu layihədə biz zəlzələ zərərlərini azaltmaq üçün seysmik təhlükə analizləri aparırıq. Layihə artıq bir ildir ki, davam edir. Yaxşı məlumat bazamız var. Bu yay üçüncü geofiziki metodu tətbiq edəcəyik. Bu üsul tətbiq edildikdən sonra Bingölün dinamik parametrləri və dinamik xəritələri görünəcək”, - Mərkəzin direktoru vurğulayıb.скачать dle 12.1