Bia.Az

“Nərimanov atamın kumiri idi” – Azərbaycanın keçmiş rəhbərinin qızı sənədləri açıqladı

Cəmiyyət
 8-04-2023, 13:21     227

“Nəriman Nərimanov atamın kumiri idi. Tez-tez onun haqqında danışır, onun zəkasına, savadına, cəsarətinə heyran olurdu. Onun haqqında ilk dəfə atamdan eşitmişəm”.

Azpost.info bildirir ki, bu sözləri Azərbaycan SSR-nin sabiq rəhbəri Vəli Axundovun qızı Nigar Axundova N.Nərimanovla bağlı müzakirələrə münasibət bildirirəkən yazıb.

N.Axundovanın sözlərinə görə, Nərimanov haqqında “Ulduzlar sönmür” bədii filmi atasının təşəbbüsü ilə çəkilib: ““Ulduzlar sönmür” filmi atanın təşəbbüsü ilə çəkilsə də, sonradan, 1970-ci ildə ekranlara çıxdı. Yadımdadır, Nərimanovun roluna rus aktyoru Samoylovu dəvəti qızğın müzakirə olunurdu. Amma atam dedi ki, Samoylov əla aktyordur, Nərimanovun obrazını və bütün filmi böyük miqyasda tanıdacaq”.

N.Axundova bildirib ki, Azərbaycnda Tibb İnstitutuna Nəriman Nərimanovun adının verilməsi də Vəli Axundovun təklifi olub. N.Axundova bununla bağlı atasının arxivindən həmin sənədələri paylaşıb: “Tibb İnstitutuna Nərimanovun adının verilməsi atamın köhnə arzusu idi. O dövrlər üçün çox cəsarətli addım idi. Atam səhiyyə naziri olandan az sonra Nəriman Nərimanov adına Tibb İnstitutunun verilməsi təşəbbüsü ilə çıxış etdi. Asan olmadı, amma arzusuna nail oldu”.

N.Axundova Nərimanovu “vətənə sədaqətlə xidmət etmiş şəxs” adlandırıb.

Vəli Axundov 1959–1969-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olub.


1954–1958-ci illərdə isə Azərbaycan SSR səhiyyə naziri vəzifəsini tutub.скачать dle 12.1