Bia.Az

İcra başçısı Rəsulzadənin adını küçədən götürtdü

Cəmiyyət
 5-04-2023, 13:48     210

Şirvan şəhərində Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan küçənin adı dəyişdirilərək, “İstiqlaliyyət küçəsi” adlandırılıb.

BİA.az-ın məlumatına görə, bununla bağlı Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tapşırıq verib.

İcra başçısı İlqar Abbasov sözügedən küçənin adının dəyişdirilməsi ilə bağlı işləri bacanağı və köməkçisi olan Etibar Yolçiyevə həvalə edib.
İcra başçısının bu addımı Şirvan şəhər sakinlərinin ciddi narazılığına səbəb olub.

Şəhər sakinləri bildirib ki, sözügedən küçə 30 ildir Rəsulzadənin adını daşıyıb:

“İcra başçısı İlqar Abbasovun bu cür addımı yolverilməzdir, cənab Prezidentimizin siyasətinə qarşı çıxmaqdır. Şəhərin 2-ci ən böyük prospekti olan M. Ə. Rəsulzadə küçəsi 30 il idi ki, onun adını daşıyırdı. Hansı zərurətdən bu cür addım atılıb, anlaya bilmirik”.


Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətinə informasiya sorğusu göndərsək də, hələlik cavab verilməyib./Demokrat.azскачать dle 12.1