Bia.Az

Boranı Restoranında müştəriyə dondurma əvəzinə qaymaq verdilər - QƏRİBƏ OLAY

Cəmiyyət
 4-04-2023, 19:24     203

Facebook sosial şəbəkədə "Müştərinin Səsi" adlı qurupda sosial şəbəkə istfadəçisi Həmid Əliyev Boranı restoranında başına gələn qəribə bir olamyı paylaşıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, Restoranın müştərisinin iddiasına görə sözü gedən restoranda dondurma sifariş verib, dondurma əvəzinə ona qaymat gətirib dondurma olduğunu subut etmək istəyiblər, lakin müştərinin haqqlı iradından sonra restoran admistratoru ondan üzür istəyib, daha sonra restoranda Post Terminal "işləmir" deyib vergidən yayınıb, hələ üstəgəl "gedin metronun üstündə ATM var, oradan çıxardıb gəlin kimi süründürməçlik edirlər" - deyə vətəndaş şikayətlənib. 

"Azərbaycan Reallığı" sözü gedən paylaşmı təqdim edir:


Dünən təxminən 21:00 radələrində, Boranı (Neftçilər) fililana mütəmadi olaraq gedib yediyimiz künəfə üçün yenidən getmişdik. Ofisiant yanında qaymaq olsun ya dondurma (əlavə ödənişlə) olsun deyə soruşdu, həmişə dondurma ilə yemişəm deyə dondurma dedim bu dəfə də və bir dənə əlavə də hazırlasınlar (künəfə, qaymaqla) özümlə apracağımı qeyd etdim.

Nəhayət sifarişlərim çox keçmədən gəldi. Dondurma dedikləri bir şey tam tamına qaymaq dadı verirdi. Adminstratoru çağırdım, dedim bu qaymaqdı. Mənə tərəddüd edərək bildirdilər ki, xeyr bu dondurmadı. Dedim yaxşı, o zaman mənə bir dənə qaymaq gətirin müqayisə edim. Soyuducuda ağzı açıq qalmış üstü saralmış bir qaymaq gətirdilər.

Dadına baxıb dedim ki, yox fərqli şeylərdi düzdü amma bu verdiyiniz dondurma deyil. Üzbəüzmdə də bir kostyumlu oğlan oturub. Heç dəxlisi olmayan bir insan idi mənimçün üzümə baxa-baxa rişxəndlə gülümsəyərək "noooldu?" ifadəsi ilə fərqlidi hə? sual verib bir növ müştərini haqsız çıxardıqda biz bombayıq kimi apardı bütün kollektiv özünü başda bu kostyumlu oğlan olmaqla. Nəysə sakit durdum, bu "dondurma" adı ilə verdikləri qaymağı stəkanın yanına qoyuram 20-30 qramlıq bir şey idi, lakin isti dəysə belə ərimək bilmirdi. Boranının dondurma adı ilə caamata satdığı qaymaq.

Nəysə uzatmadım yenə, dedim takeaway olacaq Künəfəni (yanında qaymaq) gətirin çıxırıq. Nə gətirsələr yaxşıdı? Xarab bir dənə qaymaq, turşumuş. Öz ofisiantları  yeyib üz mimikasından hiss olunurdu, artıq dadını  şərh etməyə ehtiyac belə qalmadı. Nəysə bu qaymağı götürüb aşağı düşdü. Mən də dalınca getdim, və  mənə başqa qabdan olan bir qaymağı verib dedilər bu eynidi?! Özləri də çaş baş qalıb, bayaq ki, məni səhv çıxarmağa calışan "adminstrator" səhvin başa düşüb üzr istədi. Və mən soruşanda üzbəüzmdə oturam o kostyumlu oğlan kim idi? "Müdirimiz"di dedi və onun da yerinə üzr istədi.

AQTA və Vergilər Nazirliyinə şikayət edib bu halın araşdırmasını tələb edəcəm. Müştərilərə evdə kustar üsulla hazırlanan məhsullar vermək, və Post Terminal "işləmir" deyib, vergidən yayınıb hələ üstəgəl "gedin metronun üstündə ATM var oradanan çıxardıb gəlin" deyirlər deyə. 

P.S: Özüm də, restoran sistemində işləyirəm. Mənim ümumiyyətlə hardasa problem yaratmaq kimi fikrim yoxdu. Sadəcə müstəri ilə bu cür rəftarın adı "tərbiyəsizlikdi" deyə paylaşıb sizlərlə də fikrimi bölüşdürürəm ki, ora getmək istəsəniz bir daha düşünün.

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq скачать dle 12.1