Oqtay Əliyevin son açıqlaması –VİDEO

Dünən qəzada dünyasını dəyişən əməkdar mədəniyyət işçisi, prodüser və rejissor Oqtay Əliyevin mediaya son açıqlaması sosial şəbəkələrdə paylaşılıb.
Düz 2 ay əvvəl dünyasını dəyişən aktrisa Tünzalə Əliyevanın (Toppuş bacı) dəfn mərasimində iştirak edən O.Əliyev jurnalistlərlə mərhumla bağlı xatirələrini bölüşmüşdü.
“Teatrımız Tünzalə kimi aktrisaları bir-bir itirir” – demişdi Oqtay Əliyev.