Bia.Az

Lacın sakinləri Baş Prokurora və DİN-ə MÜRACİƏT ETDİ - Famil Şükürov bizi ölümlə hədələyir

Cəmiyyət
 19-03-2023, 12:05     612

Kecən saymızda xəbər vermişdik ki, bu il fevralın 28-də Suraxanı rayonu ərazisində Laçının Ağcakənd kənd sakini Zamanov İntiqam Binnət oğlunun asılmış vəziyyətdə meyiti aşkar olunmuşdur. Onun intihar etdiyi bildirilir.

Hazırda həmin istintaq işini Suraxanı rayon prokurorluğu aparır.

BİA.az-a müraciət edən Ağcəbədi rayonu, Ağabəyli kəndində yaşayan Gülməmmədov Ziyəddin İlyas oğlu və Abşeron rayonu, Quşcular mossivi 150 saylı evdə yaşayan İsmayılov Məhəbbət Kamil oğlu bildirirlər ki, mərhum Zamanov İntiqamın qızının qaynatası, hazırda Xızı rayonu, Yeni Yaşma qəsəbəsində yaşayan Şükürov Famil mərhumun ölüm işinin açılmasıyla bağlı maniələr və müdaxilələr edir:

"Şükürov Famil bizə qarşı aqressiv mövqe tutur, telefonla zəng edərək hədə-qorxu gəlir, ölümlə hədələyir. Azərbaycan Resbubilkasının Baş Prakroru Kamıran Əliyev cənablarına və Daxili işlər Naziri Vilayət Eyvazov Cənablarına yazıb xaiş edirik ki, Şükürov Familin barəsində öz gösdəriş və tapşırıqlarını verəsiniz, onun bizi təhdit etdiyi telofon danışıqları çıxarılsın və ictintaqa təqdim olunsun."скачать dle 12.1