Bia.Az

Prezidentə şikayət etdiyi üçün məhkəməyə verildilər - Şok

Cəmiyyət
 3-03-2023, 14:23     164

Saatlı rayonu Əhmədbəyli kənd icra nümayəndəsi Samiq Teymur oğlu Şahmarov onun barəsində Prezidentə şikayət məktubu yazdıqları üçün Novruzəli Əliyev və Şahin Əsgərovu məhkəməyə verib.

Bu barədə Axar.az-a sakinlər məlumat verib.

Sakinlərin sözlərinə görə, S.Şahmarov məhkəmə vasitəsi ilə onları cəzalandırmaq istəyir.

Onların sözlərinə görə, icra nümayəndəsi iddia ərizəsində ayrı-ayrı dövlət qurumlarına, o cümlədən Prezidentə müraciət etmələrini əsas gətirərək, Saatlı rayon Məhkəməsində iddia qaldırıblar və min manat təzminat tələb edirlər.

Sakinlər bildirib ki, Prezidentə şikayət məktubunda S.Şahmarov barəsində işlətdikləri bir ifadəyə görə məhkəməyə veriblər.скачать dle 12.1