Bia.Az

“Ya ədalət, ya səfalət”. Müəllifin müsahibəsi

Cəmiyyət
 25-01-2023, 16:13     169

Vətəndaş cəmiyyəti eksperti Rövşən Ağayev türkiyəli alim Səlcuq Şirinin “Cümhuriyyət” qəzetinin 24 yanvar sayına verdiyi müsahibəyə diqqət çəkib.

Nyu-York Universitetində çalışan davranış iqtisadiyyatı mütəxəssisi bildirir ki, “Ya ədalət, ya səfalət” adlı son kitabında Türkiyənin sosial-iqtisadi vəziyyətini təhlil edib: “Bir ölkənin harada olduğunu bilmək üçün yeddi meyara baxmaq kifayətdir: əhalinin məşğulluğu, sağlamlığı, təhsili, mənzil təminatı, ekoloji durum, cəmiyyətdə qarşılıqlı etimadın və insanların həyatdan məmnunluğunun səviyyəsi”.

Alim qeyd edir ki, ədalətin təmin olunmadığı cəmiyyəti təhsil təkbaşına inkişaf etdirə bilməz, ədalət və yüksək təhsil bir arada olur.

Türkiyədə hər üç gəncdən birinin işsiz olduğunu, az qala Norveçin əhalisi qədər gəncin – 5 milyon nəfərin “ev gəncinə” çevrildiyini deyən araşdırıcının fikrincə, “iş bəyənmirlər” iddiası öhdəliyini yerinə yetirə bilməyən səlahiyyətlilərin dəyirmanına su tökür: “Əgər gənclər gedib Qərb ölkələrində ofisiantlıq edirlərsə və həmin işi öz ölkələrində görmürlərsə, bunun günahı gənclərdə deyil”.

Səlcuq Şirin deyib ki, Türkiyədə 1 milyon kitab layihəsini dəstəkləməyə başlayıb. Məqsəd kitaba yetişə bilməyən yüz minlərlə uşaq üçün kitabı əlçatan etmək, onlara kitabları sevdirməkdir.скачать dle 12.1