Bia.Az

Hansı pasport güclüdür? (Vizasız səfər reytinqi)

Cəmiyyət
 12-01-2023, 01:11     196

İsveçrənin “Henley & Partners” şirkəti vizasız səfər meyarına əsaslanan pasport reytinqi yayıb.

Açıqlamaya görə, Azərbaycan pasportuna 70 ölkədə viza tələb olunmur.

Novator.az bildirir ki, siyahıya başçılıq edən Yaponiya pasportu ilə 193 ölkəyə vizasız giriş mümkündür.

Sinqapur və Cənubi Koreya pasportları 192, Almaniya və İspaniya pasportları 190 ölkəyə vizasız səfər imkanı verir.

Litva pasportu 183, Latviya pasportu 182, Estoniya pasportu 181 ölkədə vizasız işləyir.

Ukrayna pasportuna 144, Moldova pasportuna 121, Rusiya pasportuna 118, Gürcüstan pasportuna 116, Türkiyə pasportuna 110 ölkədə yaşıl işıq var.

Belarus pasportu ilə 78, Qazaxıstan pasportu ilə 76, Ermənistan pasportu ilə 66, Qırğızıstan pasportu ilə 64, Tacikistan pasportu ilə 60, Özbəkistan pasportu ilə 59, Türkmənistan pasportu ilə 53, İran pasportu ilə 43 ölkəyə vizasız səfər eləmək olar.скачать dle 12.1