Azərbaycanda yeni ildən yeni sayt fəaliyyətə başlayır

Gələn il yanvarın 1-dən etibarən Azərbaycanda yeni ictimai-siyasi onlayn qəzet (www.becan.az) fəaliyyətə başlayacaq.
Bu barədə Bakupost.az-a Becan.az-ın baş redaktoru Seymur Əhməd bildirib.
"Şüarı "Millət! Dövlət! Elm!" olan ictimai-siyasi onlayn qəzet gündəlik xəbərlərlə yanaşı, əsasən, bölgələri əhatə edəcək özəl yazılar, araşdırmalar, müxtəlif sahələri təmsil edən tanınmış şəxslərlə müsahibələr dərc edəcək. Siyasi baxımdan ortaq mövqedə dayanacaq bir sayt yaratmağı planlaşdırırıq. Jurnalistlərin Peşə Etikası Kodeksinə və mətbuat haqqında qanunlara söykənərək, nöqsanların üstünə getməyi əsas prinsip kimi qəbul edirik. Lakin ölkədə görülən təqdirəlayiq işləri də işıqlandırmağı planlaşdırırıq. Calışacağıq ki, ortaya tərəfsiz, qərəzsiz, ədalətli mövqe qoymaqla, oxucuların rəğbətini qazanaq", - Seymur Əhməd deyib.