Bia.Az

Azərbaycanda koronavirus xəstələrini müalicə edən həkim: “Bir aydır övladımı görmürəm” - VİDEO

Cəmiyyət
 12-04-2020, 15:29     304

Azərbaycanda koronavirus xəstələrini müalicə edən həkim: “Bir aydır övladımı görmürəm” - VİDEO“Düz bir aydır övladımı görmürəm. Kaş ki, “evdə darıxıram” deyənlərin yerində olardım”.

Bu sözləri Azərbaycanda koronavirus xəstələrinin müalicə aldığı xəstəxanada çalışan həkim deyir.

Azərbaycan Televiziyası sözügedən xəstəxanadan reportaj hazırlayıb.

Reportajda bu günümüzün qəhrəmanları olan həkimlər danışıblar. Onlar xüsusi geyimlə bir neçə növbə işləməyin çətinliyindən söz açıblar.

TƏBİB-in Müalicə işləri üzrə koordinatoru Fərrux Sədirov deyib ki, cəmi bir saat içində 12 xəstə qəbul ediblər:

“Bu xəstələrin arasında vəziyyəti ağır olanlar da var. Xəstə sayının azalmasının tək yolu vətəndaşlarımızın karantin qaydalarına ciddi əməl etməsidir. İnanın ki, bir xəstəni müalicə eləmək yüz xəstəni xəstəlikdən qorumaqdan daha çətindir”.

Sözügedən reportajı təqdim edirik. скачать dle 12.1