Bia.Az

Müalicə mərkəzləri yoxdur deyə narkomanları həbsxanaya göndəririk - Fazil Mustafa

Cəmiyyət
 20-12-2022, 14:19     187

“Biz narkomanların böyük əksəriyyətini kriminal əməl törədənlər kimi qiymətləndirib həbsxanaya göndəririk, çünki müalicə mərkəzləri yoxdur”.

Bakupost.az -ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı"nın müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, zorakılığa məruz qalanlar üçün sığınacaqlar da çox azdır: “Kiçik Avropa ölkələrində bizdən qat-qat çox sığınacaqlar var. Zorakılıq məsələləri bir çox hallarda gizlədilir. Bu sahədə dövlətin rolu sadəcə, tənzimləmə olmalıdır. Bu sahədə əsas işi QHT-lər öz üzərinə götürməlidir. Heç kimi ailədə məişət zəminində baş verən məsələlər barədə məlumat vermək istəmir. Qanunvericilikdə köklü dəyişikliklər edilməsi çox vacibdir”.скачать dle 12.1