Bia.Az

NAXÇIVAN GÖMRÜYÜNDƏKİ ƏMƏLİYYATIN YENİ DETALLARI - 100 milyonlarla rüşvət yığılıb

Cəmiyyət
 27-11-2022, 15:17     172

Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarında keçirilən son əməliyyatların detalları bəlli olub.

"AzPolitika.info" "gununsesi.info"-ya istinadən xəbər verir ki, bu əməliyyatlara əsas səbəb İran və Türkiyədən ölkəmizə idxal olunan dəyəri yüz milyonlarla hesablanan məhsulların rüsuma cəlb olunmadan keçirilməsi olub.


Sayt yazır ki, təkcə ötən il 3 ton qızıl rüsumsuz Naxçıvana, oradan da Bakıya gətirilib. Saytın mənbəsinin iddiasına görə, həmin qızılların 1 kq üçün sahibkarldan 3000 manat rüşvət alınıb. Beləliklə, tək bir fakt üzrə sahibkardan 9 milyon rüşvət alınıb.
“Bu kimi hallar uzun illərdir ki, Naxçıvan gömrüyündə davam edirdi” deyən mənbə əlavə edib ki, qanunsuzluqların üstü açıldıqca, həbs edilənlərin sayı da artacaq.скачать dle 12.1