Bia.Az

"Duaya görə 1200 manat aldım" - Məhkəmə

Cəmiyyət
 24-11-2022, 14:24     198

Bakıda şirkətin 423 min dollarını mənimsəməkdə təqsirləndirilən Nelli Fabriçnayanın cinayət işi üzrə məhkəmə prosesində şahidlər dindirilib.

"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda şahid Gülçöhrə Mehdiyeva bildirib ki, bu işdə adı keçən şahid Mehriban Atakişiyevanın sifarişi ilə dualar yazıb:
"Müxtəlif dualar yazırdım. Mehriban Atakişiyeva Əfqan Zeynalovun Nelliyə daha çox bağlanmasından ötrü dualar yazdırdı. Buna görə, mən 1200 manat pul almışam. Nellinin atası və qardaşı üçün də barışıq duası yazmışam. Əfqan müəllimlə telefonda danışaraq hər şeyi etiraf etmişəm".
Daha sonra şahid qismində Vüqar Əliyev ifadə verib. O bildirib ki, bu işdə şahid olan Mehriban Atakişiyevanın oğludur.
"Anam mənə dedi ki səni işlədiyim yerdə sürücü kimi işə düzəldəcəm. Lakin bunun üçün mikroavtobus almaq lazımdır. Əlimdə bir az pul var idi, anam da köməklik etdi, 29 minə maşını aldım. Evin təmirinə isə 8 min pul xərclədik. Bu pulu da Nelli vermişdi. Nelli mənə bahalı telefon da aldı. Daha sonra bu pulların mənimsəmə olması üzə çıxandan maşını 25 minə satdım. Anam ümumilikdə 70 min manatı zərərçəkmiş Əfqan Zeynalova qaytardı".
Zərərçəkmiş şəxsin vəkili məhkəmədə mülki iddia ilə bağlı vəsatət qaldırıb. Belə ki, zərərçəkmiş Əfqan Zeynalov təqsirləndirilən şəxsdən 706 min 646 manat tutulmasını tələb edib.
Məhkəmə yerində qısa müşavirədən sonra mülki iddia ilə bağlı vəsatəti təmin edib.
Məhkəmə prosesi dekabrın 5-də davam etdiriləcək.
İttiham aktına əsasən, 2018-ci ildə N.Fabriçnaya Ə.Zeynalovun şirkətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib.
Ə.Zeynalovun şirkətləri dəmir yollarının tikintisi və avtomobil yollarının salınması ilə məşğul olub.
Zərərçəkmiş N.Fabriçnaya inandığından müəyyən işlər görmək üçün qadına etibarnamə verib, hətta onun evindəki seyfə pullar qoyub.
2018-ci ildə N.Fabriçnaya Əfqan Zeynalovun şirkətində kadrlar şöbəsinin müdiri vəzifəsində işləyib.
Zərərçəkmiş N.Fabriçnayaya inandığından müəyyən işlər görmək üçün qadına etibarnamə verib, hətta onun evindəki seyfə pullar qoyub.
İttihamda göstərilir ki, N.Fabriçnaya seyfdən ümumilikdə 423 min dollar pulu götürərək mənimsəyib. O isə həmin pulların bir hissəsini şirkətin xadiməsi olan Mehriban Atakişiyeva adlı qadına kömək məqsədilə verib, bir hissəsini isə özünün keçmiş sevgilisi olan Raufa təqdim edib.
Zərərçəkmiş Ə.Zeynalov Birinci Qarabağ müharibəsi əlilidir. O iddia edib ki, N.Fabriçnaya mənimsəmə əməllərini ört-basdır etmək üçün onu zəhərləmək istəyib.

скачать dle 12.1