Bia.Az

“Rəsmən doladılar” - Natiq Cəfərli

Cəmiyyət
 21-11-2022, 12:16     156

“Dünyanın ləzzətini, dadını o qədər qaçırıblar ki, 1986-cı ildən hər dəfə həsrətlə gözlədiyim futbol üzrə Dünya Çempionuna belə, demək olar ki, marağım qalmayıb. Futbolu, idmanı da siyasiləşdirdilər, ölkələrin seçimi rüşvətlə həll etməyə başladılar, mərc oyunları isə hər şeyin, hətta dünyada 3 mlrd. insanın maraqlandığı futbolun da zayını çıxartdı. Hələ 2013-cü ildə BBC-nin araşdırmasına görə dünyada futbolla bağlı bukmeker şirkətlərinin dövriyyəsi 1 trilyon dolları keçmişdi. Bu gün dövriyyə 2 trilyona yaxınlaşır. Təsəvvür edin ki, ildə 2 trilyon dollar dövriyyəsi olan bukmeker bazarı nələrə qadir ola bilər”.

BUTA.WS-in xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərlinin sözlərinə görə, yalnız Rusiyada 2021-ci ildə bukmeker şirkətlərinin dövriyyəsi 1,1 trilyon rubla çatmışdı, bu, hələ leqal fəaliyyət göstərən şirkətlərlə bağlı məlumatdır, bu bazarın “qara” hissəsi də var, “qara bazarın” heç bir yerdə qeydiyyatı olmayan dövriyyəsi leqal dövriyyədən heç də az deyil: “Son illər Dünya Çempionatı və Olimpia oyunlarına ev sahibliyi edən ölkələrin seçilməsi isə lap böyük biabırçılıqdır, Rusiya Soçi Olimpiadasını, 2018-ci il DÇ-nı rəsmən rüşvətlə aldı, heç kim səsini çıxartmadı, indi Qətər də pulla, rüşvətlə aldığı oyunlara ev sahibliyi edir. Əslində dünyada idmanla, futbolla baş verənlər elə dünya siyasətində olan-bitənlə pararlellik təşkil edir – siyasət nə gündədirsə, futbol da eyni vəziyyətdədir. Dünya siyasi səhnəsində hansı məntiqsizlik, hətta cinayətlər, böyük şirkətlərin diktəsi varsa, futbolda da eyni hadisələr cərəyan edir - bu siyasi sistemin böhranı, liderlik institutunun fiaskosudur. Medianın, PR-ın gücü o qədər artıb ki, istənilən absurdu dünya əhalisinə “yedirə” bilirlər, hətta 2 ildən çox dünyanı “terror” edən kovidlə bağlı hadisələri belə araşdıran, günahkarları cəzalandıran mexanizm qalmayıb. Bu gün dünyada baş verən kəskin iqtisadi-siyasi böhranın əsas səbəbləindən biri məhz kovidlə bağlı aparılan səhv davranış qaydalarıdır. Dünyanı rəsmən doladılar, ən demokratik ölkələrdə belə insan haqq və azadlıqlarını asanlıqla məhdudlaşdırdılar, absurd “lockdown” qərarları ilə iqtisadiyyatı da, insan azadlıqlarını da çökdürdülər. Heç kim sual vermir ki, məsələn, Çində ən sərt qapanmalar oldu, 3,5 mlrd. ədəd vaksin vuruldu, bəs niyə günü bu gün də həmin ölkədə virusun kökü kəsilmədi?! Deməli, sərt qapanmalar da, hamıya vaksin vurulması da effektli yanaşma deyildi – yaxşı, buna görə dünyada kimsə məsuliyyət daşıdımı-daşıyacaqmı?! Eyni şey futbola da aiddir – necə oldu ki, 2018-də Rusiya, 2022-də Qətər Çempionatı qazandı, buna nə səbəb oldu, hansı kriterlırlə seçim edildi, qərarlar necə verildi?! Suallar çox, cavab verənlər isə yoxdur. Amma yenə də ümid sonda ölür, inanıram ki, insanlığı əsrlərdir qabağa aparan, inkişaf etməsinin “motoru” olan sorğulamaq, sual vermək, mübarizə aparmaq kimi keyfiyyətləri yenə önə çıxacaq, insanlıq yeni, daha azad bir Dünyaya qovuşmaq üçün əlindən gələni edəcək, mən insan övladının ağlına, hisslərinə hələ də güvənirəm. Qətərdə bu gün start götürən Dünya Çempionatına uğurlar arzu edirəm, həmişəki kimi Argentinaya azarkeşlik edəcəm, amma qoy güclü, layiq, ədalətli oyunla bizi sevindirən komanda qalib gəlsin!”скачать dle 12.1