Bia.Az

PREZİDENT ASLANOVU VƏZİFƏDƏN GÖTÜRDÜ - Dövlət agentliyində külli miqdarda yeyinti iddiaları var

Cəmiyyət
 20-11-2022, 21:11     195

Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən Aslan Əhməd oğlu Aslanov Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, elə bu gün AZƏRTAC-da yoxlamaların başladığı haqda məlumat yayılmışdı. "Qlobalinfo.az" saytı xəbər verirdi ki, yoxlamalarla dövlətin rəsmi informasiya agentliyi olan bu qurumda ciddi yeyintilər aşkarlanıb. Büdcə pulları rüşvət və korrupsiya yeminə çevrilib. Əməkdaşların materialların hazırlanmasında, yayılmasında rüşvətə yol verdikləri barədə də informasiyalar var.

AZƏRTAC dövlət büdcəsindən maliyyələşən informasiya agentliyidir. Onun illik büdcəsi 10 milyon manata yaxındır. Təkcə bu fakt deməyə əsas verir ki, qurumdakı korrupsiyanın miqyası kifayət qədər çoxdur. Korrupsiya və talançılığın illərdir davam etdiyi, çox böyük məbləğlərdən söhbət getdiyi deyilir./"AzPolitika"/скачать dle 12.1