Bia.Az

Əli Nağıyevin DOĞUM GÜNÜDÜR

Cəmiyyət
 8-11-2022, 13:01     221

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin doğum günüdür.
 
Generalın doğum günü Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birinə - 8 Noyabr Zəfər Gününə təsadüf etməkdədir.
 
Qeyd edək ki, uzun müddət təhlükəsizlik sahəsində çalışan Ə.Nağıyev 2019-cu ildə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi təyin edilib. 
 
Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli Sərəncamı ilə Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib. 7 dekabr 2020-ci il tarixli sərəncamla isə Əli Nağıyev general-polkovnik ali hərbi rütbəsi ilə təltif edilib.
 
Təhlükəsizlik xidmətlərində çalışdığı 20 ildən çox müddətdə Əli Nağıyev "Hərbi xidmətlərə görə" medalı, "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" medalı, "İgidliyə görə" medalı, "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Bundan başqa 2020-ci ildə işğal altında olan torpaqlarımızın geri qaytarılmasından sonra general-polkovnik hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyi üçün "Zəfər" ordeni ilə mükafatlandırılıb.
 
Ə.Nağıyev Azərbaycan Respublikası təhlükəsizlik orqanlarında çoxillik təcrübəyə və yüksək fəalliyətinə görə seçilməkdədir.
 
Xüsusilə son vaxtlar Ə.Nağıyevin iradəsi ilə DTX-nın korrupsiya, məmur özbaşınalığına qarşı apardığı mübarizə, çoxillik anti-milli qüvvələrin aşkar edilməsi sahəsindəki fəaliyyəti xalq tərəfindən də rəğbət hissi ilə qarşılanmaqdadır.
 
Sfera.az kollektivi adından qüsursuz xidmətləri ilə Azərbaycan dövlətinin təhlükəsizliyini özünə prioritet seçən Ə.Nağıyevə yeni yaşda bol uğur və cansağlığı arzu edirik.
 
Sfera.azскачать dle 12.1