Azərbaycanda baş həkim işdən çıxarıldı - Foto
Gəncə şəhər xəstəxanasının baş həkimi vəzifəsindən azad edilib.
Musavat.com-un "Qafqazinfo"ya istinadən xəbərinə görə, baş həkim Qafar İbrahimov dünən işdən çıxması ilə bağlı kollektivə məlumat verib.
Bildirib ki, o, öz ərizəsi ilə işdən ayrılıb.
Qeyd edək ki, Qafar İbrahimov 5 ilə yaxın sözügedən vəzifəni icra edib.