Bia.Az

Ölüm xəbəri yayılan Xalq artisti: “Ölmək fikrim yoxdur”

Cəmiyyət
 4-11-2022, 00:44     166

Azərbaycanın Xalq artisti Arif Babayevin ölüm xəbəri yayılıb.

Belə ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

Medianews.az Xalq artisti ilə əlaqə saxlayıb. Arif müəllim bizimlə söhbətində bildirdi ki, tez -tez onun haqqında yayılan ölüm xəbəri onu məyus edir:

“Yalan söhbətdir. Özümü yaxşı hiss edirəm. Hər şey yaxşıdır. Ölmək fikrim yoxdur. Mənim arzularım var. Qarabağda konsert vermək istəyirəm. İnşallah bu arzum reallaşar.

Mən yaxşı insanam. Heç kimə pislik arzulamıram. Amma mənim ölümümü arzulayan insanlar var. Allah da onları hifz eləsin”.скачать dle 12.1