Bia.Az

“SAQQALLI UŞAQLAR” BALACALARIN YEMƏKLƏRİNİ OĞURLAYIR” – EKSPERT

Cəmiyyət
 1-11-2022, 16:16     252

“Elektron qaydada uşagını bağçaya yazdıranlar növbədə gözləyir, boş qalmış yerlərə direktorlar müəyyən pul qarşılığında uşaq qəbul edirlər”.

Bu sözləri TİA.AZ-a təhsil eksperti Kamran Əsədov uşaq bağçalarının icra hakimiyyətlərindən alınıb Elm və Təhsil azirliyinə verilməsindən sonrakı prosesdən danışarkən deyib. K.Əsədov bildirib ki, vaxtilə bağçalar Təhsil Nazirliyindən alınıb İH-lərə veriləndə dəyişikliklərin olacağına ümidlər var idi:

“Ancaq nə oldu? Əksinə, bağçalar 10-20 il geri düşdü. Bağçaların inzibati ərazisi özəlləşdirildi, bu müddət ərzində bağçaya müəllim və direktor seçimində hər hansısa müsahibə keçirildiyinin şahidi olmadiq. Uşaq qəbulu zamanı heç bir elektron xidmət göstərilmədi. İndi yenidən bağçalar icra hakimiyyətlərindən alınıb Elm və Təhsil Nazirliyinə verildi. Bu dəyişiklik heç nə vəd etmir. Aradan xeyli vaxt keçməsinə baxmayaraq, heç bir ciddi irəliləyişin şahidi olmuruq”.


Ekspertin sözlərinə görə, uşaqların qəbulu prosesi elektronlaşsa da, proses etibarlı deyil: “Yenə də nazirlikdə özünə qohum tapan şəxslər direktor vəzifəsinə düzəlir və elə bu qohumluq vasitəsilə də əvvəlki qaydada bağçaya uşaq qəbul edirlər. Elektron qaydada uşagını bağçaya yazdıranlar növbədə gözləyir, boş qalmış yerlərə direktorlar müəyyən pul qarşılığında uşaq qəbul edirlər.


Elm və Təhsil Nazirliyi strategiyadan irəli gələn vəzifələri yerinə yetirə bilmir. Bağçalar indi də 30 il bundan əvvəlki qaydada idarə olunur, uşaq qəbulu həmişəki formada həyata keçirilir. Çox təəssüf ki, bağçaların qida ilə təminində də eyni rəzalət baş verir, şəffaflıq təmin olunmur. “Saqqallı uşaqlar” balaca uşaqların yeməklərini oğurlayır”.
скачать dle 12.1