Bia.Az

Məhbus bloqçu aclığı dayandırıb

Cəmiyyət
 30-10-2022, 13:41     202

Bakı İstintaq Təcridxanasında saxlanan bloqçu Rəşad Ramazanov oktyabrın 28-də aclığı dayandırıb.

Xəbəri məhbusun həyat yoldaşına istinadla “Turan” agentliyi yayıb. Rəşad Ramazanov aclıq aksiyasına bir həftə öncə başlamış, bu addımı həbsinin qanunsuz olması ilə əsaslandırmışdı. Aksiyanın bloqçunun səhhətinə mənfi təsir etdiyi bildirilir.

1982-ci il təvəllüdlü Rəşad Ramazanov bu il mayın 20-si Bakıda tutulub. O, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada təqsirli bilinir. Sabunçu Rayon Məhkəməsi mayın 21-də Rəşad Ramazanov barəsində həbs qətimkan tədbiri seçib.

Satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlama ittihamı 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Hakimiyyəti kəskin tənqid etməsi ilə tanınan Rəşad Ramazanov eyni ittihamla 9 may 2013-cü ildə tutularaq 9 il müddətinə azadlıqdan məhrum edilmiş, 2019-cu il martın 17-də əfv sərəncamı ilə azadlığa çıxmışdı.скачать dle 12.1