Bia.Az

Güclü külək Gəncə və Samuxda qaz xətlərini və sayğacları zədələyib

Bölgə
 25-02-2020, 16:45     78

Güclü külək Gəncə və Samuxda qaz xətlərini və sayğacları zədələyibGəncə şəhərində bu gün günorta saatlarında T.Arani küçəsində güclü küləyin təsirindən 7 saylı yaşayış binasının dam örtüyü uçub.

“bia.az”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, bu zaman binanın qarşısından keçən diametri 100 mm olan qaz xətti də yararsız hala düşüb. Hazırda binanın cəmi 10 abonentinin təhlükəsizlik baxımından qaz təchizatı dayandırılıb.

Samux rayonunun Zazalı kəndində isə güclü külək qaz xəttini yerindən oynadıb və nəticədə 5 abonentin qaz sayğacına ziyan dəyib. Təhlükəsizlik tədbiri olaraq dərhal həmin evlərin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bərpa işlərinə başlanılıb.скачать dle 12.1