Oğuzda qəza oldu, xəsarət alanlar var

Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
"bia.az"in Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki yolunun rayonun Bucaq kəndi ərazisində keçən hissəsində qeydə alınıb.
Belə ki, "Changan" və "UAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılardan birinə hadisə yerində tibbi yardım göstərilib, digər şəxs isə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.