Bia.Az

“Məşğulluq Mərkəzi bizə verdiyi vədlərini yerinə yetirmədi” - NARAZILIQ!

Bölgə
 13-08-2021, 14:45     296

İsmayıllı rayon Quşençe kənd sakini Nahid Şeydayev İkinci Qarabağ müharibəsi iştirakçısıdır. O, təxris olunduqdan sonra işlə bağlı Məşulluq Mərkəzinə müraciət etsə də, müraciətləri cavabsız qalıb.

Dayısının sözlərinə görə, İsmayıllı rayon Məşğulluq Mərkəzi onların adını mal-qara verilməsi üçün qeydiyyata alsa da, səkkiz aydır ki, onlardan xəbər yoxdur.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Nahid Şeydayev İkinci Qarabağ müharibəsi başlayanda N saylı hərbi xidmətdə olub. O, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli uğrunda gedən döyüşlərdə işitrak edib, medallarla təltif edilib.

Beş nəfərlik ailəsi ilə birlikdə kiçik vaqonda məskunlaşan N. Şeydayevin atası Zahir Şeydayev Birinci Qarabağ müharibəsi iştirakçısıdır, qazidir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gozetci.az//

скачать dle 12.1